Mövzu 1.
Giriş. Vahid nəqliyyat sistemi və onun ölkənin inkişafında rolu.
GİRİŞ
Müasir dövrdə nəqliyyatsız həyatı təsəvvür etmək mümkün deyil. Nəqliyyatın vəziyyətinə
görə ölkənin rifah səvıyyəsi də qiymətləndirilir. Nəqliyyatın köməyi ilə biz Yer kürəsinin müxtəlif
yeıiərinə gedə bilər və əlçatmaz ənginlikləri fəth edə bilərik.
Nəqliyyat sözü latın köklü iki sözdən:
trans - «-dan, -dən» və
portare - «aparmaq» - əmələ
gəlmişdir. Bazar şəraitində vahid nəqliyyat sisteminə yanaşma bir qədər dəyişmişdir. Bu gün
meydana çıxan rəqabət bir nəqliyyat növünün digərinə qarşı qoyulması
kimi yox, nəqliyyatın
inkişafına təkan verən, nəqliyyat xidmətlərinin maya dəyərini aşağı salmaq və çatdırma sürətini
artırmaq üçün nəqletmənin yeni proqressiv texnoloqiyalarının axtarışına şərait yaradan arnil kimi
qəbul edilməlidir. Nəqliyyat xidmətlərinin dəyəri daşınan yüklərin son qiymətlərində özünü
göstərdiyi üçün sifarişçilər öz mallarını daha ucuz nəqliyyat növləri ilə daşımağa üstünlük
verirlər. Sərnişinlərin daşınmasına çəkilən xərclərin dəyər anlamından başqa sosial əhəmiyyəti
də vardır. Nəqliyyat xərcləri ailə büdcəsiııin müəyyən faizindən artıq olmamalıdır. Dünyanın bir
çox ölkəsində əhalinin ayrı - ayrı zümrələrinə nəqliyyat xərcləri üçün dotasiyalar verilməsi
nəzərdə tutulur.
Hal - hazırda nəqliyyat siyasəti məsələlərində dünyanın ən çox inkişaf etmiş hıssəsinin -
Avropa Birliyi ölkələrinin əsas qüvvəsi aşağıdakı istiqamətlərdə cəmləşdirilmişdir:
Transavropa şəbəkəsinin yaradılması;
Nəqliyyat növləri arasında balansın yenidən paylanması;
İnfrastrukturun lazımi maliyyə ilə təmin edilməsi;
Ətraf mühitin müdafıəsi;
Yollarda təhlükəsizlik səviyyəsinin artırılması;
Xüsusi proqramların («Marko Polo» (bu proqramın əsas qayəsi yük daşımalarının
avtomobil nəqliyyatından ekoloji cəhətdən daha təmiz nəqliyyat növlərinə ötürülməsidir),
«Qaliley» (bu proqramın əsas qayəsi intellektual nəqliyyat sistemlərinin yaradılmasının
sürətləndirilməsi hesab olunur) və s.həyata keçirilməsi.
Şəbəkə iqtisadiyyatının əsas qaydaları Avropa Birliyındə nəqliyyatın inkişaf
perspektivlərini müəyyən edən «Bəyaz kitab: 2010 - cu ilə kimi Avropa nəqliyyat siyasəti: vaxt
çatmışdır» - da verilmişdir. Bəyaz kitabda əsas yer intellektual nəqliyyat sistemlərinin
genişləndirilməsinə, hərəkətin və yol informasiyasının idarə edilməsi mərkəzlərinin
Avropa
şəbəkəsinin inkişafına ayrılmışdır. Transavropa nəqliyyat şəbəkəsi intellektual nəqliyyat
sistemlərinin inkişafı üçün ideal obyektdir.
VAHİD NƏQLİYYAT SİSTEMİ VƏ ONUN ÖLKƏNİN İNKİŞAFINDAKI ROLU
KEYFİYYƏTLİ NƏQLİYYAT XİDMƏTİ İNKİŞAFIN ÜMUMİ ŞƏRTİDİR
Son zamanlara qədər əksər nəqliyyat müəssisələri yalnız daşıma xidməti yerinə
yetirir. digər xidmət növləri barəsində fikirləşmirdilər. Bu. nəqliyyat sahəsində
bazar
münasibətlərinin və rəqabətin olmadığı şərait üçiin təbii hal hesab olunurdu. Yeni
iqtisadi şərait. nəqliyyat xidmətləri bazarının formalaşması, nəqliyyat müəssisələri
arasında konkurensiyanın yaranması və güclənməsi inkişaf etmiş
iqtisadiyyata malik
ölkələrin nəqliyyat sisteminin fəaliyyətinin öyrənilməsini tələb edir. Nəqliyyatın işinin
təşkili və planlaşdırılması praktikasında «nəqliyyat xidməti» anlayışı geniş istifadə
olunmağa başlayır.
Bilavasitə maddi məhsul istehsal etməyən iş növləri də (məsələn nəqliyyat. rabitə
və s.) xidmətlərdir.
Xidmət təklif edən fəaliyyətin xüsusiyyətləri aşağıdakılardır:
•
Xidnıətlər onların təklif olunma prosesindən kənar mövcud ola bilməzlər (yəni onlar
toplana bilməzlər):
•
Xidmətlərin satışı faktiki olaraq iş prosesinin özünün satışı dem əkdir. Buna görə də
xidmətlərin keyfiyyəti iş prosesinin özünün keyfiyyəti ilə müəyyən olunur;
•
Xidmətlər yalnız müəyyən vaxt və konkret yer və ya istiqamətdə
konkret istehlak
dəyərinə malik olurlar ki. bu onların xidm ətlər bazarında dəyişdirilmə imkanmı
məhdudlaşdırır;
•
Nəqliyyat xidmətləri maddi istehsal prosesinin əvvəlinə və ya sonuna aid olur.
Nəqliyyat xidməti dedikdə, təkcə yük və sərnişinlərin yerdəyişməsi yox, həmçinin
nəqliyyat prosesinin tərkib hissələrinə aid olmayıb, onun hazırlanması və yerinə
yetirilməsi ilə bağlı olan əməliyyatlar da daşa düşülür.
Ümumiyyətlə, nəqliyyat xidmətinə aşağıdakıları aid etmək olar:
•
Yük və sərnişinlərin daşınması;
•
Yükləmə - boşaltma işləri (yükləmə, boşaltma, boşaldıb-yükləmə, sərnişinlərin bir
nəqliyyat vasitəsindən digərinə oturdulması, anbar daxili əməliyyatlar);
•
Yüklərin saxlanması;
•
Nəqliyyat vasitələrinın hazırlanması;
•
Nəqliyyat vasitələrinin icarəyə verilməsi;
•
Təzə və təmir edilmiş nəqliyyat vasitələrinin bir yerdən başqa yerə sürülməsi;
•
Digər xidmətlər.
Xidmətlər nəqliyyat müəssisəsinin əsas fəaliyyəti ilə qarşılıqlı əlaqə əlamətinə
görə (özündə bu və ya digər şəkildə daşıma elementi əks etdirən) daşıma və
qeyri
daşıma kimi iki yerə bölünür.
Xidmət olunan istehlakçının növün ə görə xidmətlər - (qeyri nəqliyyat müəssisə və
təşkilatlarına göstərilən) kənar və daxili (digər nəqliyyat müəssisə və təşkilatlarına
göstərilən) olurlar.
Təklif olunan xidmətlə bağlı fəaliyyət xarakterinə görə xidmətlər
- texnoloji,
kommersiya, informasiya və s. növlərə bölünürər.