T texniki kolleci




Download 3,83 Mb.
Pdf ko'rish
bet7/89
Sana19.11.2023
Hajmi3,83 Mb.
#101194
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   89
Bog'liq
VNS-mühazirə

triyera. tetryera və s. kimi fərqlənirdilər. Hərbi donanma əsasən triyera gəmilərindən ibarət 
olurdu. Makedoniyalı İskəndərin gəmiləri əsasən 10 sıralı avar kürəyi olan gəmilər idi. B.e.ə. III 
əsrdə tessakontyera - 40 sıra avar kürəyi, uzunluğu 124 m, eni 17 m, sudan çöldə qalan 
hissəsinin hündürlüyü 22 m olan gəmi (Ptolomey Filopatorun donanmasında) tikilmişdi. 
Korinfdə ilk zirehli gəmilər - katafraktlar meydana gəlmişdi. 
Qədim Romada b.e.ə. III əsrdə hərbi gəmilər tikilirdi. Bu gəmilər də onlarda olan avar 
kürəkləri sıralarının sayna görə aıllandırılırdılar (birema, trirema, kvadrirema, kvinkvirema və 
s.). Dəniz quldurları ilə mübarizə aparmaq üçün itigedən bir dorlu gəmilər - liburnlar istifadə 
edilirdi. Ticarət gəmilərini əsasənı Apenin şamında tikirdilər. 
Şimali Avropada b.e.ə. VIII əsrdə vikinqlərin hərbi gəmiləri lanqskiplər, drakariar, 
snekkariar, xolkerlər və ticarət gəmiləri knoriar və karflar meydana gəlmişdi. Burada 
həmçinin kiçik balıqçı və bərə gəmiləri də vardı. Bütün gəmilər yaxşı üzmə qabiliyyətinə malik 
idilər. Vikinqlərin gəmiləri sonrakı gəmiqayırma konstruksiyaları üçün prototip rolu oynadı . 
Eramızın X - XII əsrlərində bəzi ölkələrdə yelkən və avar kürəkləri ilə təchiz edilmiş iki 
gövdəli gəmilər - katamaranlar meydana gəldi. 
X - XIX əsıiər Avropada yelkənli donanmaların çiçəklənməsi dövrü kimi səciyyələndirilir. 
XIX əsrdə ən sürətli yelkənli gəmilər - 3 və 4 dorlu kliperlər 16 uzel (30 km/saat) sürət ala 
bilirdilər. Bu sürətlə onlar Avropa və Amerikaya qiymətli yüklər (Çindən çay, Avstraliyadan yün) 
daşıyırdılar. Çay daşıyan «Katti Sark» kliperinin vurduğu sürət rekordu - 39 km/saat - indiyə kimi 
heç bir yelkənli gəmi tərəfindən təkrar edilməmişdir. 


Mövzu 4. 
Dəniz nəqliyyatının hərəkət tərkibi.
Dəniz nəqliyyatının maddi-texiki bazasının əsas elementləri donanma (hərəkət tərkibi), 
limanlar, gəmi təmiri müəssisələri, yol təsərrüfatı, rabitə və elektroradionaviqasiya 
vasitələridir. 
Donanma özündə müxtəlif növlü, ölçülü və təyinatlı gəmiləri birləşdirir. 
Dəniz nəqliyyatının hərəkət tərkibi təyinatına, istifadə edilən enerji mənbəyinə, gəminin 

Download 3,83 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Download 3,83 Mb.
Pdf ko'rish