• Hərəkət tərkibi
  • Dartıcı vasitələr
  • Vahid nəqliyyat sistemi elementlərinin analizi




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet5/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Vahid nəqliyyat sistemi elementlərinin analizi.
    Nəqliyyatın hər bir növü dörd əsas tərkıb hissədən istifadə edir. Bu yollar, terminallar
    hərəkət tərkibi və dartqı vasitələridir.Yol nəqliyyat vasitələrinin öz funksiyasını yerinə yetirdiyi 
    zaman hərəkət etdiyi mühitdir. Təbii yollara dənizlər, hava fəzası, çaylar, piyada cığırları aiddir. 
    Bu yollar təbii olduqlarına görə təbiətin bütün şıltaqlıqlarına məruz qalır və çox vaxt 
    yaxşılaşdırma tələb ediriər. Çaylarda mövsümi yağışların yarada biləcəyi subaşmaların qarşısını 
    almaq üçün nizamlanma aparılır. Onların dibinin dərinləşdirilməsi işləri görülür. Gəmiçiliyin 
    çayın yuxarı hissələrində də təmin edilməsi məqsədilə onların qarşısma bəııdlər vurulur. 
    Avtomobil yolları, kanallar, dəmir yolları, tramvay yolları, tunellər və monorels yollar süni 
    yollara aiddiriər. Adətən yol xərcləri ictimaiyyət tərəfindən ödənilir.
    Terminal
    elə məntəqədir ki, burada bir nəqliyyat şəbəkəsi qurtarır və digəri başlayır. 
    Limanlar adətən gəmilərin terminalı hesab olunur, lakin həqiqətdə o, qatarlar, avtomobil, hava 
    və boru kəməri nəqliyyatları üçün də terminal kimi qəbul olunmalıdır.
    Hərəkət tərkibi
    nəqliyyat sisteminin bilavasitə yük və sərnişinləri daşıyan hissəsidir. Bu 
    və ya digər nəqliyyat növünün səmərəliliyi istifadə olunan hərəkət tərkibiniıı çevikliyindən və 
    uyğunlaşma qabiliyyətindən asılıdır. Avtomobillərin uyğunlaşma qabiliyyəti dəmir yolu hərəkət 
    tərkibinə nisbətən daha çoxdur. Avtomobillərin yolda sərbəst hərəkət etmə imkanı onların 
    manevr etməsinə, bir-birini ötməsinə, marşrutdan kənara çıxmasına imkan verir. Təyyarələr və 
    gəmilərin öz «yolları» ilə bağlılığı daha azdır. 
    Dartıcı vasitələr istifadə olunan hərəkət tərkibini və ya gəmini hərəkətə gətirmək 
    üçündür. Hər bir nəqliyyat vasitəsinə dartıcı vasitələr gərəkdir. Hal-hazırda bııxar dartqısı 
    benzin, dizel, elektrik və reaktiv mühərriklərinə əvəz edilmişdir.
    Hər bir nəqliyyat növündə bu göstərilən komponentlərin qarışığını tapmaq olar. 
    Məsələn, boru kəməri eyni zamanda həm yol, həm də nəqliyyat vasitəsi, nasos stansiyası həm 
    dartıcı vasitə, həm də yol hissəsi, analoji olaraq avtomobil həm nəqliyyat vasitəsi, həm də 
    dartıcı vasitə kimi qəbul olunur.Nəqliyyatın hər bir növü yük və sərnişinlərin daşınması üçün 
    uyğun nəqliyyat vasitələrinə malik olmalıdır. Bu nəqliyyat vasitələıinın konstruksiyası konkret 
    nəqliyyat növünün tələblərini ödəməlidir. Nəqliyyat vasitələrinin layihələndirilməsi zamanı 
    mühəndislərin rəhbər tutduqları əsas prinsiplər aşağıdakılardır: daha geniş xırıd bazarının əhatə 


    olunması; konkret yolun tələbləri; uyğun daşımaların tələbləri; erqonomik mülahizələr; 
    qənaətcillik.Hər bir nəqliyyat vasitəsi yüksək dəyərə malik olduğundan satış zamanı onun 
    dəyərinin daha rahat ödənilməsi üçiin geniş alıcı kütləsinı əhatə etməlidir. 
    Dəmir yollarının əksər hissəsi XIX əsrin sonu XX əsrin əvvəlində tikilmişdir. O zaman 
    qəbul olunan ölçülər müasir hərəkət tərkibinin də ölçülərinə təsir edir. Ölçülər mümkün 
    olandan nə enli, nə də uzun ola bilməz. Eyni ilə hərəkət sürətləri dəbu ölçülərlə mühdudlanır. 

    Download 3,83 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vahid nəqliyyat sistemi elementlərinin analizi

    Download 3,83 Mb.
    Pdf ko'rish