razılaşdırılmış müddətdə itkisiz olaraq daşımağı öhdəsinə götürürsə, onda müştəri bu
daşımaçıdan gələcəkdə boş dayanmanın azaldılmasını, saxlanma xərclərinin ixtisarını,
çatdırma şəbəkəsinin genişləndirilməsini və s., başqa sözlə təklif olunan xidmətlərin
keyfiyyətinın artırılma sını gözləyir.
Keyfiyyətli xidmətin çox baha şey olduğu mülahiz əsi səhvdir. Əksinə, qəbul
olunmuş razılaşma şərtlərinin yerinə yetirilməməsi buraxılmış səhvlərin düzəldilməsi
üçün əlavə material və əmək sərfınə yol açır. Daşıma qrafıkinin sistematik pozulması
sonda
müştərinin, nəqliyyat xidmətləri bazarında hörmət və yerin itirilməsinə gətirib çıxarır.
İstehlakçılara nəqliyyat xidmətinin keyfiyyətinin əsas parametrlərinə aşağıdakılar aiddir:
•
Daşımaya sifariş alındığı andan çatdırma yerinə yetirilənədək olan vaxt;
•
Etibarlılıq və tələbata görə çatdırma imkanı;
•
Ehtiyatların olması və təchizatın sabitliyi;
•
Sifarişin yerinə yetirilməsinin tamlığı və əlçatan olması;
•
Sifariş verilməsinin rahatlığı;
•
Tariflərin obyektivliyi və xidmətə sərf olunan xərclər haqqında informasiyanın
müntəzəmliyi;
•
Kredit verilməsinin mümkünlüyü;
•
Anbarlarda yükün işlənilməsinin səmərəliliyi:
•
Qablaşdırmanın keyfiyyəti, həmçinin konteyner və paket daşımalarının yerinə yetirilməsinin
mümkünlüyü.
Sistem yanaşma nöqteyi nəzərindən nəqliyyat - vahid loqistik xidmət prosesində qarşılıqlı
təsirdə olan reqional maddi və insan axınlarının mürəkkəb adaptiv iqtisadi sistemidir.
Mövzu 2.
Nəqliyyatın istehsal prosesi,nəqliyyat məhsulu və onun xüsusiyyətləri
.
Nəqliyyat yüklərin və sərnişinlərin daşınmasını yerinə yetirən xalq təsərrüfatı sahəsidir.
Onun xüsusi xarakterli əmək prosesləri və spesifik formada məhsulu vardır. Nəqliyyatın istehsal
və ya qeyri - istehsal sahəsi olaraq qəbul
edilməsi onun loqistik sistemdə qəbul olunmuş
yerindən asılıdır.
Nəqiiyyat digər maddi istehsal sahələri kimi istehlak dəyəri yaratsa da, yeni maddi məhsul
yaratmır. Nəqliyyatda istehlak dəyərini onun hərəkət tərkibinin daşıma qabiliyyəti yaradır.