Liman (lat. portus - liman, körpü)




Download 3,83 Mb.
Pdf ko'rish
bet14/89
Sana19.11.2023
Hajmi3,83 Mb.
#101194
TuriMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   89
Bog'liq
VNS-mühazirə

Liman (lat. portus - liman, körpü) - dəniz və ya çayların sahilində gəmilərin dayanması 
üçün yaradılmış və onlara xidmət üçün xüsusi tikililər kompleksinə: körpülər, 
vağzallar, kranlar, anbarlar, terminallar. köməkçi nəqliyyat və s. malik yerlərdir. 
Limanda gəmilərin dayanması, sərnişinlərin minib - düşməsi, yüklərin yüklənib - 
boşaldılması, yanacaq doldurulması və s. iiçün bir neçə körpü ola bilər. 
Limanların dəniz, çay, sərnişin, ticarət, balıqçı və s. növləri vardır. Sərnişinlərə 
xidmət üçün dəniz və çay vağzallarından istifadə edirlər. Gəmilərə texniki qulluq və 
təmir üçün quru və üzən doklar mövcuddur. Beyn əlxalq limanlarda infeksiyanın 
yayılmasının qarşısmı almaq məqsədilə gəlmiş gəmiləri təcrid ctmək üçün xüsusi yerlər 
də nəzərdə tutulur.
Limanlar, adətən, akvatoriyası sahilin təbii çıxıntıları və ya süni qoruyucu 
qurğularla dalğalardan mühafızə olunmuş buxtalarda salınır. Limanlar həmçinin 
çayların mənsəblərində çayağzı deyilən yerlərdə salınırlar. Limana giriş, adətən, 
mayaklarla qeyd edilir.
Hərbi gəmilər üçün olan limanlar hərbi - dəniz bazaları adlanır.
Dünyanın ən iri limanları Şanxay, Rotterdam və Sinqapur limanlarıdır. 
Sahildə limanların gəmilər dayanan yerləri
 körpülər adlanır.
Pirs (ingil. piers, «pier» - dirək, sütun, körpü sözünün cəm 
şəklidir) sututarın (çay, göl, dəniz, okean və s.) akvato-
riyasına çıxan və müxtəlif təyinat daşıyan hidrotexniki 
qurğulardır. 
Dəniz limanları istis-
mar xüsusiyyətlərinə görə 
universal 
və 
xüsusiləşdirilmiş olurlar. Ümumi təyinatlı limanlar 
sərnişin gəmiləri də daxil olmaqla bütün gəmiləri 
qəbul edir və bütün yükləri ümumi körpülərdə emal 
edirlər. Xüsusiləşdirilmiş limanlar isə müəyyən qrup 
və ya konkret yüklərin (kömür, filiz. meşə. neft, 


sement və s.) emalı üçün tikilir və böyük yük dövriyyəsi olduqda güclü boşaldıb - 
yiikləmə avadanlığı ilə təmin olunurlar. 

Download 3,83 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Download 3,83 Mb.
Pdf ko'rish