Azərbaycan Respublikasında xarici ticar ət üzrə yük dövriyyəsinin təxminən yarısı
dəniz nəqliyyatının payına düşür. Nəqliyyatın bu növü əsasən üç funksiyanı yerin ə
yetirir:
Birinci, o, ölkənin beynəlxalq əlaqələrini təmin edir.
Beynəlxalq gəmiçilikdə daşımaların təşkilinin iki forması təşəkkül tapmışdır: xətti
(müntəzəm) və qeyri - müntəzəm.
Xətti gəmiçilikdə gəmilər verilmiş istiqamətə təhkim olunur və müəyyən
limanlara qabaqcadan elan olunmuş cədvəl üzrə müntəzəm olaraq girirlər. Beynəlxalq
xətti gəmiçilikdə yük daşımalarımn rəsmiləşdirilməsində əsas sənəd konosament (dəniz
(və ya çay) daşımalarında malın qəbul edilməsini təsdiqləyən və daşımaçını malı
qanuni sahibinə verməyə məsul edən sənəd) hesab olunur.
Xəttidən fərqli olaraq qeyri - xətti gəmiçilikdə gəmilər qeyri - müntəzəm əsaslarla
istismar olunurlar.