Günəş, dalğa və külək enerjisi ilə işləyən gəmilər üzərində iş Wallenius Wilhelmsen
kompaniyası tərəfindən 2004 - cü ildə başlanmış və 2025 - ci ildə tamamlanmalıdır.
Gövdəsinin suya nəzərən yerləşməsinə görə gəmilər sualtı, dalğıc (suya dalan), suya
oturmuş, subasımlı və qlisser olurlar.
Sualtı gəmilər dedikdə vaxtının çoxunu suyun altı ilə hərəkət etməyə sərf edən, məsələn,
atom sualtı qayıqları, başa düşülür. Bu gəmilərin üstünlüyü dalğaların təsirinə məruz
qalmaması, su səthinin vəziyyətindən asılı olmaması, yerdəyişməsinin gizliliyidir. Çatışmayan
cəhətləri isə konstruksiyalarının mürəkkəbliyi və baha olması, sürülməsinin çətinliyi,
anaerob
(havadan asılı olmayan enerji mənbəyi olan) mühərrik tələb etməsi, heyətin uzun müddət
qapalı fəzada olmasının çətinliyidir.
Dalğıc gəmiləri öz funksiyalarını yerinə yetirmək üçün müəyyən məhdud vaxt üçün suya
baş vuran gəmilərdir, məsələn batiskaflar, dizel sualtı qayıqları.
Suya otıırmuş gəmilərin gövdəsinin əsas hissəsi suyun altında, məsələn, üzən qazma
platformaları, olur.
Subasımlı gəmilər arximed qüvvəsi yaratmaq üçün gövdəsi müəyyən dərinlikdə
suyun altına batmış adi gəmilərdir. Üstünlükləri: gövdənin ən sadə konstruksiyası,
tikinti təcrübəsinin böyüklüyüdür. Çatışmayan cəhətləri: dalğa müqavimətinin çoxluğu,
bu müqavimət sürətin artması ilə artdığından gəmilərdə 40-45 uzeldən (75 - 80
km/saat) artıq sürət almağa imkan vermir: dalğa, külək, buz və üzən digər maneələrin
təsirinə məruz qalmasıdır.
Qlisser gəmiləri bu gəmilərin çəkisi arximed qüvvəsindən başqa gəminin suyun səthi ilə
hərəkəti zamanı suyun dinamik təztiqi ilə də müəyyən edilir. Çatışmayan cəhətləri isə
hərəkətin qlisser rejiminə keçməsi üçün gəminin böyük dartıcı gücə ehtiyacının olması
və hündür dalğalı şəraitdə üzmə qabiliyyətinin məhdudluğudur.
Panamaks (
PanMax adı da işlənilir): qabarit ölçüləri Panama kanalının şlüzlərindən
keçməyə imkan verən gəmilər: maksimal uzunluğu - 295 m (965 fııt); eni - 32.25 m
(106 fut); maksimal oturması - 13.5 m (39,5 fut). Belə ölçüləri olan gəmilər şlüzdə çox
çətin manevr etmək imkanma malik olur.
Ouverpanamaks - qabarit ölçüləri 295 m (uzunluğu), 32.25 m (eni) və 13,5 m
(oturması) - dən çox olan gəmilər.
Panama kanalının şlüzlərinin ölçüləri: uzunluğu 1000 fut (305 m), eni 110 fut
(33.5 m) və dərinliyi 85 fut (26 m) təşkil cdir.
Gəmilərin Panama kanalından keçm əsində bir problem də nəzəri cəlb edir. Belə
ki, kanalın yuxarı hissəsi şirin sulu Qatun gölündən keçdiyi üçün burada suyun itələmə
qüvvəsi nisbətən azalır. Buna görə də bəzi gəmilərin (xüsusilə konteynerdaşıyanların)
yükünün bir hissəsini kanala paralel yerləşən dəmir yolu ilə daşıyırlar.
Mövzu 5. Dəniz nəqliyyatı ilə daşımalar və onun iş göstəriciləri.
Su nəqliyyatının infrastrukturunu kanallar və limanlar təşkil edir.