|
T texniki kolleciBog'liq VNS-mühazirəişləyən gəmilər meydana çıxmağa haşladılar. İlk əsl paroxod 1807 - ci ildə ABŞ - da Robert
Fultonun layihəsi əsasında istehsal edilmiş «Klermont» çay gəmisi hesab olunur. Yüksək
temperatur gəminin odluğunda (ocaqxanasında) yandırılan kömürün hesabına alınırdı. Buxar
dartqılı gəmilər XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində bütün dünyada geniş
yayılmışdılar. İlk vaxtlar bu gəmilərə yelkən dorları da qoyuluıdu. Daha sonra yelkənlər
gəmilərin konstruksiyasmdan ləğv edildi. İlk buxar gəmilərində işçi orqan kimi kürək çarxları,
daha sonra isə nisbətən səmərəli olan kürək vintləri istifadə edilirdi.
Hər iki dünya müharibəsi zamanı bütün hərbi gəmilər buxar daıtqısı ilə hərəkətə
gətirilirdilər. XX əsrin ikinci yarısından buxar dartqılı gəmilər öz yerini yeni növ gəmilərə
(teploxodlara) veıdilər.
Teploxod
- daxili yanma dizel mühərriki ilə hərəkətə gətirilən gəmidir. Bu gəmilərdə əsas
mühərrikin gücü işçi orqana bilavasitə və ya reduktor vasitəsilə ötürülür. Teploxod paroxoddan
az yanacaq sərf etməsi və daha yaxşı keyfiyyətləri ilə fərqlənir. İlk teploxod 1903 - cü ildə
meydana gəlmişdir. O zaman «Vandal» tankerinə Nobel firmasının gücü 120 a.q olan 3 ədəd
dizel mühərrikini qoymaqla onu paroxoddan teploxoda çevirmişdilər. İkinci belə gəmi artıq
teploxod kimi layihələndirilmiş «Sarmat» idi. Daha sonralar dütün dünyada leploxod istehsalına
başlanıldı. Teploxod paroxoda nisbətən dalıa etibarlı və təhlükəsiz mühərrikə malik olduğundan
müasir dəniz nəqliyyat gəmilərinin 90 % - i teploxodlardır.
Turboxod
hərəkət üçün qaz və ya buxar turbini istifadə edən gəmidir. İlk turboxod
«Turbiniya» hələ 1896 - cı ildə yaradılmışdı. Bu gəmidə buxar turbini istifadə edilirdi. Vaxt
keçdikcə turboxodlarda qaz turbinlərindən istifadəyə keçildi.
Atomoxod
nüvə güc qurğusuna malik kürək vinti ilə hərəkətə gətirilən gəmidir. Atöm
gəmiləri suüstü və sualtı olurlar. İlk atomoxod «Lenin» buzqıran gəmisi 1959 - cu ildə SSRİ - də
istehsal edilmişdir.
Qazoturboxod
qazturbin mühərriki ilə hərəkətə gətirilən gəmidir. Prinsip etibarı ilə bu,
qaz turbini ilə hərəkətə gətirilən turboxoddur.
|
| |