• Avarlt gəmilərə kürəklər vasitəsilə hərəkətə gətirilən gəmilər aiddir. Avarlı gəmilər su nəqliyyatının ən qədim hərəkət tərkibləridir. Yelkənli
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet11/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   7   8   9   10   11   12   13   14   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Hərbi gəmilər
    b.e.ə. bir neçə min il mövcud olmuşdur. İlk hərbi gəmilər b.e.ə. IX—VIII əsrlərdə 
    tikilməyə başlamışdır. Onlar avarlı və yelkənli gəmilər idi. Belə gəmilərdən 
    taran silahı kimi istifadə edirdilər. Daha sonralar gəmilərin bortlarına toplar 
    yeıiəşdirməyə başladılar. XIX əsrdə hərbi gəmiləri poladla zirehləməyə 
    başladılar. XX əsrin hərbi gəmiləri tam metaldan hazırlanır və iri kalibrli 
    artilleriya ilə təchiz olunurdular. Müasir hərbi gəmilər radarlarla, iri kalibrli 
    bütün silah növləri və aviasiya ilə təmin edilirlər.
    Qədimdə hərbi gəmilərin qalera (2-3 dorlu avarlı gəmi), freqat 
    (üç dorlu yelkənli gəmi), korvet (köməkçi işlər və kəşfiyyət üçün 
    nəzərdə tutulmuş yelkənli gəmi, xətt və linkorlar kimi növləri istifadə 
    edilirdi. 
    Müasir hərbi gəmilərə kreyser (qalan donanmadan asılı olmadan 
    fəaliyyət göstərən gəmi), qayıqəleyhinə (sualtı qayıqları məhv etmək 
    üçün nəzərdə tutulan), esmines (eskadra mina gəmisi), aviasiyadaşıyan, 
    gəmi arsenal (hərəkətli raket kompleksi-bu gəmilərin üstün cəhəti 
    radarların ekranlarında görünməmələridir). vertolyotdaşıyan, sualtı qayıq və s. aiddir. 
    Köməkçi gəmilərə ikinci dərəcəli işləri görən gəmilər aiddir. Köməkçi gəmilər yük və 
    sərnişin daşımır, döyüşlərdə iştirak etmir, lakin bir sıra vacib işləri yerinə yetirirlər. Belə 
    gəmilərə buzqıranlar, yedək gəmiləri, yanğın söndürənlər, xilasedicilər, losman gəmiləri, 
    torpaqsoranlar, batiskaflar, idman gəmiləri və s. aiddir. 
    İstifadə edilən enerji mənbəyinə görə gəmilər aşağıdakı kimi təsnif olunurlar: avarlı, 
    yelkənli, buxar dartqılı (paroxod), daxili yanma mühərrikli (teploxod), turbin mühərrikli 
    (turboxod), nüvə reaktorlu (atomoxod), qaz - turbin mühərrikli (qazoturboxod), günəş enerjisi 
    ilə işləyən gəmilər. 
    Avarlt gəmilərə
    kürəklər vasitəsilə hərəkətə gətirilən gəmilər aiddir. Avarlı gəmilər su 
    nəqliyyatının ən qədim hərəkət tərkibləridir.
    Yelkənli
    gəmilərdə yelkənlərə təsir edən külək enerjisində istifadə edilir. Yelkənli gəmilər 
    su nəqliyyatı tarixində çox böyük bir dövrü (təxminən 20 əsr) əhatə edir. Onların inkişafında 
    zirvə XVIII və XIX əsrlər hesab olunur. Bu dövrdə yelkənli gəmilər həm yük, həm sərnişin və həm 


    də hərbi maşınlar kimi tətbiq edilirdi. Müasir dövrdə yelkənli gəmilər yaxta və yelkənli qayıqlar 
    kimi istirahət məqsədləri üçün tətbiq edilir. 
    Beynəlxalq sürətli daşımalarda yelkənli gəmilər səmərə vermədikdə buxar dartqısı ilə 

    Download 3,83 Mb.
    1   ...   7   8   9   10   11   12   13   14   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish