Freedom of the Seas («Dənizlərin azadlığı») tonnajı və sərnişinlərinin sayına görə dünyada
ən böyük kruiz gəmisidir. Gəmi Finlandiyada Royal Caribbean International Kruiz kompaniyası
üçün 2006 - cı ildə tikilmişdir.
Gəminin su basımı 154407 t,
uzunluğu 339 m, eni 56 m. bortunun
hündürlüyü 63,7 m, suya oturması
8,5 m, sürəti 21,6 uzel, heyəti 1360,
sərnişin tuturnu 4370 nəfərdir
Mədən (balıqçı) gəmiləri balıq, balina, dəniz heyvanları və müxtəlif bioresursların ovlanması üçündürlər. Belə gəmilər
böyük muxtariyyət qabiliyyətinə malikdiriər. Mədən gəmiləri hasilatçı, emaledici və hər iki
funksiyanı birgə yerinə yetirən olurlar. Bəzi hasilat gəmilərinin tutulmuş balığı saxlamaq üçün
soyuducu yeri olur. Bu gəmilər balığı emal etmək üçün bütün avadaqlığa malik olurlar. Balıqçı
gəmilərinin su basımı bir neçə min tona çatır. Mədən gəmilərinin aşağıdakı növləri vardır.
• Seyner - böyük kisə şəkilli atma balıqçı toru olan mədən gəmisidir. Bu gəmilərdə bir göyərtə, burun
hissəsində əlavə çıxıntı. arxa hissəsində isə balığın saxlanması və emalı üçün fəza olur. Gəmi arxa hissədə
torun idarə edilməsi üçün dönən meydançaya da malikdir.
•
Trauler - balığın tral (kisə şəklində balıq toru) vasitəsilə tutulması və emalı:
təmizlənməsi, yuyulması, dondurulması üçündur. Əvvəlki trauler modellərində tralı suya
gəminin yan tərəfindən salırdılarsa, daha sonrakılarda bu iş gəminin arxa tərəfmdən
görülür. Müasir traulerlərdə balıq axtaran cihazlar vardır.
•
Balina ovlayan gəmi - balina ovlamaq üçün xüsusiləşdirilmiş gəmilərdir. Gəminin
uzunluğu 60 m - ə çatır. Belə gəmilər çox sürətli olmalıdır. Harpun (böyük dəniz
heyvanlarım ovlamaq üçün nizə) vasitəsilə öldürülən balina gəmiyə qaldırılır.
•
Drifter - torla balıq ovlamaq üçün uyğunlaşdırılmış balıqçı gəmisidir. Tor gəminin arxa
tərəfindən atılır və sərbəst olaraq gəminin arxasınca üzür. Belə gəmilərin alçaq suüstü
bortları olur və onlar torun yığılması və balığın emalı üçiin uyğun avadanlığa malik
olurlar.