T texniki kolleci




Download 3,83 Mb.
Pdf ko'rish
bet6/89
Sana19.11.2023
Hajmi3,83 Mb.
#101194
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   89
Bog'liq
VNS-mühazirə

Daşımaların tələbləri nəqliyyat vasitələrinin layihələndirilməsi zamanı onların 
kuzalarının xüsusiləşdirilməsi şəklində nəzərə alınır. Xüsusiləşdirilmiş kuzalar daşıma zamanı 
yükün tələblərini nəzərə almağa imkan versələr də, belə nəqliyyat vasitələrinin geri istiqamətdə 
yüklənməsi problem yaradır.
Nəqliyyat vasitələrinin erqonomik tələbləri əsas iki qrupda birləşdirilə bilər. Bunlardan 
biri nəqliyyat vasitəsini yaxşı vaziyyətdə saxlamaqdır. Cəmiyyətin yük və sərnişin daşımalarına 
olan tələbatının ödənilməsi müxtəlif nəqliyyat növlərində fərqlidir. Müxtəlif nəqliyyat növləri 
ilə təqdim olunan daşımaların yerinə yetirilməsi bir sıra amillərdən asılıdır:Təqdim olunan 
daşımaların yerinə yetirilməsi üçün konkret nəqliyyat növünün material - texniki bazasının 
inkişaf səviyyəsi və xarakteri; 
Müəssisələr və yaşayış məntəqələrinə nəzərən nəqliyyat növləri şəbəkələrinin və 
nəqliyyat vasitələrinin yeriəşməsi;
Daşıma prosesinin təşkili, daşımaların müntəzəmliyi, yük və sərnişin daşımalannın 
müddəti. 
Hər bir nəqliyyat növü nəqliyyat vasitələrinin yeriəşməsi, texniki təminat, daşıma 
imkanları, hərəkət tərkibinin müxtəlifliyi və s. - də yalnız özünə xas olan xarakterik 
xüsusiyyətlərə malikdir. Bu və ya digər nəqliyyat növünün iqtisadi cəhətcə məqsədəuyğun 
istifadə dairəsinin müəyyən olunması üçün ümumi və spesifik nəqliyyat amilləri nəzərə 
almmalıdır.


Mövzu 3.
Dəniz nəqliyyatı, onun yaranması və inkişafı.
Ümumi halda gəmi termini altında insan üçün ənənəvi olaraq uyğunlaşmamış fəzada - 
su, hava, kosmos və ya başqasında yük və sərnişinlərin daşınması üçün olan istənilən nəqliyyat 
vasitəsi başa düşülür. Dənizdə gəmilərin toqquşmasının qarşısını alan beynəlxalq Qaydalara 
görə «gəmi» sözü bütün üzən vasitələrə, o cümlədən «subasmayan» gəmilərə (məsələn, hava 
yastığı üzərində olanlar, ekranolyotlar və s.) və suda yerdəyişmə vasitəsi kimi istifadə edilən və 
ya edilə bilən hidrotəyyarələrə də aid edilir. 
Təxminən 4000 il b.e.ə. adamlar tir, qamış və ya papirusları bir - birinə bağlayıb sal 
düzəltməyi öyrənmişdilər. B.e.ə. 3000 -ci illərdə bir - birinə bərkidilmiş ağac parçalarından 
gəmilər qayırmağa başladılar. İlk zamanlar qayıq və sallar axınla uzun ağaclar və avarların 
köməyi ilə hərəkət etdirilirdilər. Daha sonra yelkənlərdən istifadə etməyə başladılar. 
Qədim Misirdə b.e.ə. 5300 - 3500 - cü illərdə papirusdan aypara şəkilli geniş, suya az 
oturan dibi hamar avarlı qayıqlar düzəldirdilər.
B.e.ə. 4000 - ci illərdə Misirdə (akasiya və ya əncir ağacından olan) gödək taxta 
parçalarından ilk ağac gəmilər (maksimal uzunluğu 25 - 30 m, eni 3,5 - 4 m) qayırılmağa 
başladılar. Belə gəmilərin dor ağacına düzbucaqlı yelkən bağlanılır, yan tərəfiərinə isə bir sıra 
avar kürəyi qoyulurdu. 
B.e.ə. 2000 - ci illərdə gəmi tikintisində Livan sidr ağacından istifadə etməyə başladılar. 
Bu cür gəmilərin ölçüsü: uzunluğu 30 - 40 m, eni isə 4 - 6,5 m olurdu. Gəminin dal tərəfindən iki 
sükan kürəyi yerləşdirilirdi. 
Qədim Finikiyada b.e.ə. 3000 - 1000 - ci illərdə alçaq bortlu, hündür burunlu. düzbucaqh 
yelkəni, avar kürəkləri və göyərtəsi olan böyük dəniz gəmiləri tikirdilər. İlk dəfə burada hərbi və 
ticarət gəmilərini fərqləndirməyə başladılar. Gəmilərin ən çox uzunluğu 30 - 32 m. eni 4 - 5 m 
təşkil edirdi. Həmçinin balıqçı gəmiləri də burada meydana çıxdı. 
Qədim Yunanıstanda b.e.ə. VIII - VII əsrlərdə ağac gəmilər tikilirdi. Bu gəmilərin 
tikintisində palıd, akasiya, şam və fıstıq ağaclarından istifadə edirdilər. Gəminin sualtı hissəsini 
sudan qorumaq üçün qətranlayır, qurğuşun lövhələrlə örtür, bütün gövdəyə isə piy sürtürdülər. 
Belə gəmilərdə (boş gəminin dəyänətliliyini saxlamaq üçün) ballast kimi qumdan, dalğalardan 
mühafizə üçün isə kətan falşbortlardan (falşbort - gəmidə göyərtə hasarı) istifadə edirdilər. 
Qədim Yunanıstanda ticarət gəmiləri uzunluğu 20 - 25 m, eni 7 - 8 m , yük götürmə 
qabiliyyəti 800 - 1000 t, 1 - 2 dorlu, düzbucaqlı və ya trapesiya şəkilli yelkənli, iki sükan kürəkli 
olurdular. B.e.ə. V əsrdə Afinada atların daşınması üçün xüsusi gəmilər tikirdilər. 


Qədim Yunanıstanda hərbi gəmilər avar kürəkləri sıralarının sayına görə: monera, diyera, 

Download 3,83 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   89




Download 3,83 Mb.
Pdf ko'rish