T texniki kolleci




Download 3,83 Mb.
Pdf ko'rish
bet3/89
Sana19.11.2023
Hajmi3,83 Mb.
#101194
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   89
Bog'liq
VNS-mühazirə

Nəqliyyatın məhsulu
istehsal (minmə) yerindən istehlak (diişmə) yerinə çatdırılmış 
yüklərin (sərnişinlərin) tonlarla (sərnişinlərlə) miqdarıdır. Bu məhsul başqa istehsal sahələrinin 
məhsulundan bir sıra fərqli xüsusiyyətləri ilə seçilir: 
1. 
məhsulun toplanmaq və yığılıb - saxlanmaq üçün yararlı olmaması; 
2. 
qeyri - maddilik, yəni istehlakçı nəqliyyatın məhsulunu maddi obyekt kimi hiss etmir, 
görmür, eşitmir və s.; 
3. 
ayrılmazlıq - xidmətlə onu yaradanın bir - birindən ayrılmasının qeyri - mümkünlüyü; 
4. 
fərqlilik - yerinə yetirənin eyni olmasına baxmayaraq iki eyni xidmətin olmaması; 
5. 
nəqliyyat məhsulunun istehsalı və istehlakının vaxta görə üst-üstə düşməsi; 
6. 
vaxta görə qeyri - müntəzəmlik. 
Bütün məhsullar öz istehlak yerlərinə çatdırılana qədər tam istehsak dəyərinə malik 
olmurlar. Xammal, yarımfabrikat, hazır məhsul ya da təkrar istehsal prosesində iştirak edən 
digər məhsullar istehlak və ya təkrar istehsal yerlərinə çatdırılmaq üçün müəyyən qədər də olsa 
nəqliyyat məhsulu kimi çıxış etməyə məcbur olurlar. Ona görə də nəqliyyat məhsulunun əsas 
xüsusiyyəti - bu məhsulun toplanmaq və yığılıb - saxlanmaq üçün yararlı olmaması ictimai 
istehsal və bölgü sistemində nəzərə alınır. 
Əgər yük istehlak yerinə çatdırılmamışsa, onda yerdəyişməyə sərf olunan həm hərəkət 
tərkibi, həm də əmək səmərəsiz istifadə olunmuşdur. Belə nəqliyyat prosesinin nəticəsində ya 
heç bir faydalı məhsul yaradılmamış, ya da, əgər yük aralıq məntəqəyə çatdırılmışsa 
«yarımfabrikat» yaradılmışdır. 
Yük və sərnişinlərin yerdəyişməsinin həm nəqliyyatın istehsal prosesi, həm də məhsulu 
kimi qəbul olunduğu təqdirdə, yükün hər hansı səbəbdən geri qaytarılması zamanı bu 


anlayışların fərqləndirilməsinə ehtiyac yaranır. Belə ki, yük geri qaytarıldıqda faktik olaraq 
nəqliyyat işi görülmüş olsa da nəqliyyat məhsulu yaradılmamış qalır. 

Download 3,83 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   89




Download 3,83 Mb.
Pdf ko'rish