Mövzu 6.
Çay nəqliyyatı,onun yaranması və tarixi.
Daxili su (çay) nəqliyyatı yük və sərnişinlərin (kontinent) daxili su yolları ilə
daşınmasını həyata keçirir.
Daxili su nəqyyatının ölkənin ümumi yük dövriyyəsindəki payı AB üzvləri olan
ölkələrdə 2000 ci ildə aşağıdakı kimi olmuşdur: Hollandiya 42,6 %, Almaniya 13,6%,
Belçika 11,9 %, Lüksemburq 8,9 % , Avstriya 5,4
%, Fransa 2,2 %, Finlandiya 1.3 %,
İtaliya 0,1 %.
Ən böyük çay və göl donanması ABŞ - dadır. Daxili su nəqliyyatı ilə yerinə
yetirilən yük dövriyyəsinin həcminə görə dünyanın aparıcı ölkələri sırasına Çini,
Rusiyanı, Almaniya və Kanadanı aid etmək olar.
Lakin çay nəqliyyatı ilə sərnişin daşımalarının payı çox aşağıdır. Bu, çay
nəqliyyatınm sürətinin aşağı (20 - 30 km/saat) olması ilə bağlıdır.
Daşıma sürəti 50 - 60
km/saata qədər artırıldıqda isə daşımaların maya dəyəri xeyli artır.
Çay nəqliyyatmm tarixi bir neçə min illəri əhatə edir. Hesab
olunur ki, ilk iri çay
gəmiləri Qədim Misirdə hələ b.e.ə. dördüncü minillikd ə tikilmişdir..
Sonra sahil boyu
gedərək c|ayıqları çəkən at və insan dartqısından (burlak, yedəkçi) istifadə edirdilər. Bu
cür gəmilər işləyən kanallar XVII əsrdə Hollandiyada meydana gəlmiş və trekvart
(
trekvart - hollandca trekken - çəkmək, dartmaq və vaart - gəmiyolu, kanal sözlərinin