hirləşməsindən yaranmışdır)




Download 3,83 Mb.
Pdf ko'rish
bet21/89
Sana19.11.2023
Hajmi3,83 Mb.
#101194
TuriMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   89
Bog'liq
VNS-mühazirə

hirləşməsindən yaranmışdır) adlandırılmışlar. Burada gəmi kimi ıstifadə olunan barjları 
sahil boyu gedən atlar vasitəsilə çəkirdilər. Yerdəyişmənin belə üsulu küləkdən asılı 
olmadığı üçün işi müntəzəm cədvəl üzrə təşkil etmək mümkün idi. XVII əsrin 
sonlarında Hollandiyada bir neçə trekvart kanalı şəbəkəsi fəaliyyət göstərirdi. Trekvart 
daşımaları ictimai nəqliyyat xarakteri almış və ictimai nəqliyyatın digər növlərindən 


(dəmir yolu, konka və s.) iki yüz il qabaq mövcud olmuşdu. 
XIX əsrdə daxili sularda paroxodlar istifad ə olunmağa başladı. Robert Fultonun 
yaratdığı kürək çarxlı ilk paroxod Qudzon çayında Nyu - Yorkla Olbani arasında 5 uzel 
sürətlə (9 km/saat) reyslər edirdi. 1819 - cu ildə kürək çarxlı Amerikan gəmisi 
«Savanna» ilk dəfə Atlantik okeanını keçdi, lakin yolun çox hissəsini gəmi yelkənlər 
altında getdi. 
İlk vintli paroxod Arximed 1838 - ci ildə ingilis fermeri Frensis Smit tərəfındən 
tikildi. Kürək çarxlarından kürək vintinə keçidlə əlaqədar olaraq paroxodların üzmə 
keyfiyyətləri xeyli yaxşılaşdı. Bu, ona gətirdi ki, XX əsrin başlaıığıcında paroxodlar 
yelkənli gəmiləri tam olaraq sıradan çıxardı.
Drezden gəmiçiliyi dünyada ən böyük çarxlı paroxod donanmasına malikdir. Onun 
tərkibində 1879 - 1929 - cu illərdə tikilmiş doqquz paroxod vardır. Onların hamısı hal - 
hazırda istismardadırlar. Hər il Drezden gəmiçiliyi yeddi yüz min sərııişin daşıyır. 
Reyn çayında 1913 - cü ildə tikilmiş Goete paroxodu indi də işləyir. Bu gəmi dünyada 
ən böyük çay paroxodudur. 
İsveçrə qədim çarxlı paroxodların böyük donanmasına malikd ir. Belə paroxodların 
beşi Firvaldştet gölündə, beşi Cenevrə gölündə, ikisi Sürix gölündə, qalanları bir - bir 
Briyens, Tun və Boden göllərində işləyir.
Avstriyanm Traunze gölündə 1871 - ci ildə tikilmiş Gisela çarxlı paroxodu işləyir. 
Avstriyanın 1912 -ci ildə tikilmiş digər çarxlı paroxodu Schönbrunn Dunay çayının 
Avstriyaya mənsub hissəsində xidmət göstərir.
ABŞ - ın qədim çarxlı paroxodları Missisipi çayında istifad ə edilir. Bu 
paroxodların avropalı həmcinslərindən fərqi yan çarxlar əvəzinə arxa çarxın istifadə 
olunmasıdır. 
2003 - cii ilin mayında Krasnoe Sormovo zavodunda dünyada ilk dizel - 
elektroxod gəmisi «Vandal» ın 100 illiyi qeyd olunurdu. Çay tankeri olan «Vandal» ilk 
qırx ilini Şeksnada xidmət etdikdən sonra, 1941 - ci ildə Xəzər gəmiçiliyinə verilmiş və 
Böyük Vətən müharibəsi illərində Bakı nefti daşımışdır. ömrünün son illərini isə Kür 
çayında xidmət etmiş və hətta Şirvan şəhər çay körpüsündə dayanan gəmidə muzey 
yaratmaq təşəbbiisü də olmuşdur.


Çay nəqliyyatmda paroxodlardan başqa müxtəlif dövrlərdə meydana gəlmiş sualtı 
qanadları olan, hava yastıqlı gəmilər, bərələr, su taksisi, çay tramvayı, çay avtobusu 
kimi tanınan gəmilər, həmçinin qlisser gəmiləri də istifadə olunur. 

Download 3,83 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Download 3,83 Mb.
Pdf ko'rish