• Müntəzəm sərnişin daşımaları
  • Məhz həmin gün dünyada dəmir yolunun anadan olma günü
  • Parovozun meydana gəlməsi




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet24/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   20   21   22   23   24   25   26   27   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Parovozun meydana gəlməsi. Uzun müddət dəmir yollar yalnız mədənlərdə tikilirdi, 
    daha sonra at dartqısı ilə işləyən sərnişin yolları yayılmağa başladı. İlk belə yol 1801 - 
    ci ildə İngiltərədə Uondsvort və Kroydon arasında tikilmişdi.
    İlk parovoz 1804 - cü ildə Riçard Trevitik 
    tərəfindən yaradıldı. Lakin o dövrün çuqun relsləri 
    belə ağır maşına dözə bilmirdi.
    Sonrakı illər bir çox mühəndislər parovoz 
    yaratmaq 
    fikrinə 
    düşürdülər. 
    Onlardan 
    ən 
    müvəffəqiyyətlisi Corc Stefenson idi. O, 1812 - 
    1829 - cu illərdə nəinki parovozun daha yaxşı 
    konstruksiyasını təklif etdi, həm də Darlinqtondan Stoktona kimi parovozu saxlaya 
    biləcək ilk dəmir yolu çəkməyə razı saldı. Daha sonra Stefensonun «Raketa» parovozu 


    xüsusi yarışda qalib gələrək Mançester - Liverpul ilk ictimai yolunda əsas lokomotiv 
    oldu.
    Müntəzəm sərnişin daşımaları təşkil olunan ilk dəmir yolu 1807 - ci ildə 
    Uelsdəki Suonsi və Mamblza dəmir yolu oldu. O zaman iş qabiliyyətli parovozlar 
    olmadığı üçün dartqı qüvvəsi kimi atlardan istifadə edilirdi. 
    Dəmir yolu çəkilişinin əleyhidarları İngilis kütləvi informasiya vasitələrində 
    aşağıdakı arqumentləri irəli sürüdülər: dəmir yolu inəklərin otlamasına mane olacaq
    toyuqlar yumurtlamayacaq, tüstü ilə zəhərlənmiş hava uçan quşları öldürəcək, yolun 
    yaxınlığındakı evlər yanacaq, parovoz partlasa sərnişinlər hamısı parça - parça olcaqlar 
    və s.
    Dəmir yolunun tikintisind ə Stefenson belə bir nəticəyə gəldi ki, yol mümkün 
    qədər horizontal olmalı və yol işlərinin bahalığına baxmayaraq d əmir yolunun 
    tikintisində tökmə və qazmalardan istifadə etmək lazımdır.
    1823 -cü ildə Stefenson Nyukastlda dünyada ilk lokomotiv istehsal edən 
    zavodun əsasını qoydu.
    25 senyabr 1825 - ci ildə ingilis parlamentinin icazəsi ilə Stokton və Darlinqton 
    arasında yük (əsasən kömür və un) daşımaları üçün nəzərdə tutulmuş rels yolu işləməyə 
    başladı. Məhz həmin gün dünyada dəmir yolunun anadan olma günü  kimi qeyd 
    olunur. Dünyada buxar dartqılı ilk ümumi təyinatlı dəmir yolu olan bu yolun uzunluğu 
    21 km idi.
    Parovozların konstruksiyası 1900-cü ilə kimi əsasən formalaşdı. XX əsrin 
    başlanğıcında şəksiz məlum oldu ki, qatarın kütləsinin artması ilə yük daşımalarına 
    çəkilən xərclər azalır. 
    XX əsnıı başlanğıcına kiıni Avropada əsas istifadə olunan parovoz növü üçoxlu, 
    təkər formulu 0-3-0 (təkər formulu lokomotivin növünü xarakteriz ə edir: birinci rəqəm 
    - qabaq qabaq saxlayıcı, ikinci rəqəm aparan, üçüncü rəqəm isə arxa saxlayıcı oxların
    sayana göstərir) olan parovoz idi. Amerikada isə dörd aparan oxlu 1-4-1 («Mikado» 
    tipli) parovozlar tətbiq olunurdu.
    Parovozlar bəzi ölkələrdə indiyə kimi manevr lokomotivi kimi saxlanılır.
    İngiltərədə meydana gəlmiş dəmir yolu bütün dünyaya yayıldı. 1860 - cı ıldə 
    təxminən 100 min km dəmir yolu tikildi ki, bunun 50 mini ABŞ - da, 16,8 mini Böyiik 
    Britaniyada, 11,6 mini Almaniyada, 9,5 mini Fransada idi. Rusiyada 1851 - ci ildə 
    uzunluğu 650 km olan Sankt - Peterburq - Moskva xəttinin tikintisi başa çatdı. 
    Türkiyədə ilk dəmir yolu xətləri (Heydərpaşa - Əskişəhər - Ankara və Əskişəhər – 
    Ankara) 1856 - ci ildə tikildi.


    İkinci dünya müharibəsinin başlanğıcında dünya dəmir yollarının təxminən yarısı 
    yeddi dövlətin - ABŞ, SSRİ, Böyük Bıitaniy, Fransa, Almaniya, İtaliya və Yaponiyanm 
    payına düşürdü. 
    1912 - ci ildə İsveçrədə Vintertur - Romasporn xəttində Dizel və Kloze tərəfındən 
    yaradılmış, gücü 705 kVt (960 a.q.) olaıı ilk teplovozun sınağı keçirildi. 
    Teplovoz dartqısına keçidin geniş tətbiqi ikinci dünya müharibəsindən sonra 
    başlandı. Hal - hazırda teplovozlar manevr işlərində parovozları tam əvəz etmiş və 
    şəbəkədə yük dövriyyəsinin təxminən 40 % - ni yerinə yetirirlər. 

    Download 3,83 Mb.
    1   ...   20   21   22   23   24   25   26   27   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish