• Stefenson koleyası
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet26/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   22   23   24   25   26   27   28   29   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Koleya - relslərin başlığının daxili kənarları arasındakı məsafədir. Hal-hazırda ən 
    çox yayılmış koleya eni 1435 mm (4 ingilis futu və 8,5 düymə)-dir. Dünyada belə 
    koleyaya malik dəmir yollarının uzunluğu 60 % təşkil edir. Şimali Amerika, Çin, 
    (MDB, Baltik ölkələri, Finlandiya, İrlandiya, İspaniya və Portuqaliyanı çıxmaqla 
    bütün) Avropa, Uruqvay, Türkiyə, İran, Misir və Tunisdə dəmir yolları bu cür koleyaya 
    malikdir. Liverpul - Mançester arasında müh əndis Corc Stefenson tərəfindən tikilən ilk 
    sərnişin dəmir yolu xətti məhz 1435 mm - lik koleyaya (bəzən onu Stefenson koleyası 
    da adlandırırlar) malik olmuşdur. Azərbaycan, MDB, Baltikyanı ölkələr, həmçinin 
    Finlandiyada yolun koleyası 1520 mm - dir. Bəzi ölkələrdə, məsələn Hindistan, 
    Pakistan, Argentina, Braziliya, İspaniya, Portuqaliyada geniş koleya - 1600 və 1656 
    mm, bəzilərində isə dar koleya, məsələn Yaponiyada - 900, 1000, 1067 mm tətbiq 
    edilir. 
    Dünya 
    dəmir 
    yollarının 
    koleyası 
    şəkildə verilmişdir.
    Dəmir 
    yollarının 
    üzərində süni qurğular 
    istifadə 
    edilir. 
    Süni 
    qurğulara 
    körpülər, 
    tunellər, yük və sərnişin 
    platformaları, dayaq divarları, su ötürücü borular və s. aiddir. Bütün bu qurğular yolun 
    qabariti gözlənilməklə tikilir. Bu qabaritin daxilinə daimi qurğuların heç bir hissəsi 
    daxil ola bilməz. Dəmir yollarında qabaritin maksimal hündürlüyü 6400 mm, eni 
    4900 mm təşkil edir. Yolun göstərilən qabariti dəmir yollarında bütün hərəkət 


    tərkibinin təhlükəsiz hərəkətini təmin edir. Hərəkət tərkibinin özünün maksimal 
    hündürlüyü 5300 mm, eni 3600 mm- ə bərabər qabariti vardır. 
    Lazımi buraxma qabiliyyəti və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə 
    dəmir yolları bölmə məntəqələrilə ayrıayrı hissələrə - pereqonlara (aşırımlara) bölünür. 
    Bölmə məntəqələrinə stansiyalar, yol bölücüləri, ötmə məntəqələri, yol postları və 
    keçid svetoforları aiddir. Azərbaycan Dəmir yolunun nəzdində olan bölmə 
    məntəqələrinin sayı 200-ə qədərdir. Bölmə məntəqələrinin 170 - dən çoxunu stansiyalar 
    təşkil edir. Ötmə məntəqələri iki xətli dəmir yollarında qatarların ötmə əməliyyatını 
    yerinə yetirməsi üçün qoyulur. Stansiyalar d əmir yolu nəqliyyatının əsas sahə 
    müəssisələridir. 

    Download 3,83 Mb.
    1   ...   22   23   24   25   26   27   28   29   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish