Mövzu 10.
Hava nəqliyyatı,yaranması və inkişafı.
İlk uçmaq cəhdi güman ki, ilk dəfə Çində həyata keçirilmişdir. Burada hələ VI əsrdə cəza
vermək məqsədi ilə adamları kağız ilanlara bäğlayırmışlar. Sonralar deltaplanda ilk idarə edilən
uçuş IX əsrdə Abbas ibn Farnas tərəfindən Əl Əndəlusda yerinə yetirilmişdir. Leonardo da Vinçi
(XV əsr) özünün uçmaq arzularını həyata keçirmədiyi bir neçə layihəsində vermişdi. Insanın
uçmaq barəsindəki ilk ciddi cəhdləri Avropada XVIII əsrin sonlarında olmuşdur.
Ərəb alimi və ixtiraçısı Abbas ibn Farnasın uçma cəhdi müsəlman İspaniyasında Kordova
əyalətində qeydə alınmışdır. 852 - ci ildə o, çətir şəklində olan cihazla Kordovadakı Böyük
Məsçidin minarəsindən tullanmışdı. Onun yaratdığı qurğunu müasir paraşutun proobrazı
sayırlar.
İbn Farnasdan beş yüz il sonra Leonardo da Vinçi deltaplanm cizgilərini çəkmişdi. Onun
layihəsi əsasında yalnız XX əsrin sonunda uça bilən cihaz düzəltdilər.
XVII
əsrdə türk səyyahı Övliya Çələbi xəbər
verirdi ki, 1630 - 1632 - ci illərdə türk
alimi Hazarfən Əhməd Cələbi qanadları olan cihazla Bosfor boğazını uçub keçmişdir. O,
İstanbuldakı Qalat qalasından tullanmış və təxminən 3 km uçaraq heç bir zədə almadan
Bosforun digər sahilində yerə enmişdir. 1633 - cü ildə Hazarfənin qardaşı Laqari Hasan Çələbi
barıtla doldurulmuş konik uclu qəfəsdən düzəldilmiş raketdə havaya qalxdı. Bu, dünyada məlum
olan ilk pilotlu raket və süni mühərriki olan cihaz idi. Uçuş sultan IV Muradın qızının
anadan
olması şərəfinə keçirilən şənlikdə yerinə yetirilmişdi. Övliya xəbər
verir ki, Laqari öz bədəninə
yapışdırdığı, paraşut
rolunu oynayan, qanadların köməyi ilə rahat yerə endi. Uçuş 20 saniyə
davam etmiş, maksimal hündüıiük təxminən 300 m olmuşdu. Laqari sultan tərəfindən böyük pul
mükafatı və yüksək hərbi rütbi ilə mükafatlandırılmışdı.