Planer havadan ağır motorsuz, uçuşu hava axınlarının qanadlarda
yaratdığı aerodinamik qaldırıcı qüvvə hesabına baş verən, uçan aparatdı. Bir
sıra hallarda uçan aparatm aparan konstruksiyasını da planer adlandırırlar
(məsələn, təyyarənin planeri).
Vertikal qalxan uçan aparatın ideyası Leonardo da Vinçinin 1475 ci
ildə çəkdiyi cizgilərdə verilmişdi. Lakin o maşın müasir anlamda vertolyot deyildi. 1853 - 1860
- cı illərdə Fransada Ponton d'Amekur uçan maşın - «aeronefa»nın layihəsini işlədi. Aeronefa bir
vertikal oxda oturdulmuş bir-birinin əksinə fırlanan iki vintin köməyi ilə qalxmalı idi.