|
Tarixdə ilk vertikal uçuş 1907 -ci ilin avqust ayının 24Bog'liq VNS-mühazirəTarixdə ilk vertikal uçuş 1907 -ci ilin avqust ayının 24 - də baş verdi və bir dəqiqə
çəkdi. Professor Şarl Rişenin rəhbərliyi ilə Lui və Jak Breqe qardaşlarının düzəltdiyi vertolyot
havaya 50 sm qalxdı. Bu aparatın 578 kq kütləsi və 45 a.q. mühərriki, diametri 8,1 m olan 4
ədəd səkkiz pərli vinti vardı. Bütün vintlərin cəm dartqı gücü 560 - 600 kq idi. Asılı rejimdə
maksimal uçuş hündürlüyü 1,5 m təşkıl edirdi.
Vertolyotda havaya qalxan ilk adam velosipedi ixtira edən fransız Pol Kornyu oldu.
1907 - ci il noyabrın 13 - də o, düzəltdiyi vertolyotda 50 sm yüksəkliyə qalxdı və havada 20
saniyə asılı qala bildi.
1930 - cu ilə qədər əhəmiyyətli hündürlüyə qalxan vertolyot düzəltmək heç kimə müyəssər
olmadı. Vertolyotlar bir neçə metr hündürlüyə qalxır və havada çox az müddət qala bilirdilər.
1932 - ci il avqustun 14 - də A.M. Çeremuxin ilk sovet vertolyotu
ЦАГИ 1 - 3A ilə 605 m
yüksəkliyə qalxa bildi. Həmin vaxta qədər vertolyotların rəsmi qeydə alınmış qalxma
hündürlüyü 18 m olmuşdu. Nəhayət, 1938 - ci ildə məşhur aviakonstruktor İ.P. Bratuxinin
rəhbərliyi altında 3000 m yüksəkliyə qalxan və bir saatdan çox pilotlu uçuş edə bilən vertolyot
yaratmaq mümkün oldu.
1931 - ci ildə konvertoplan - motorları horizontal vəziyyətdən vertikal vəziyyətə çevrilə
bilən, yəni vertikal enmə və qalxmanı təmin edən təyyarə ideyası realizə edildi. Hal - hazırda
belə təyyarə konstruksiyaları hərbi aviasiyada geniş istifadə edilir.
Ümumiyyətlə, təyyarənin meydana gəlmə tarixini Orville Wright - ın havadan ağır uçat
aparatda idarə olunan ilk uçuş keçirməsi ilə bağlayırlar. Bu tarixi hadisə Şimali Karolina
ştatında Kitti Xok şəhərciyinin yaxınlığmda 1901-ci ildə olmuşdu. Wright Flyer təyyarəsi (onu
Orville və Wilbur Wright qardaşları ixtira etmiş və yığmışdılar) 36,5 m uçmuş və havada 12 saniyə
qala bilmişdi. Bundan dərhal sonra daha üç uçuş keçirilmiş və onların biri təxminən bir dəqiqə
çəkmişdi. Təyyarənin ixtiraçıları əmin idilər ki, onların ixtirası yalnız sülh işinə xidmət
edəcəkdir.
|
| |