• Efiniti - çarter
  • Blok- çarter daşımasında
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet45/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   41   42   43   44   45   46   47   48   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Çarter reysləri - bu reyslər daşımaçı və sifarişçi arasında bağlanmış xüsusi kontrakta uyğun 
    yerinə yetirilir.
    Qeyri - müntəzəm reyslər beynəlxalq daşımaların ümumi həcminin təxminən 18 % - ni 
    təşkil edir.
    Təşkil edilmə metoduna görə aviaçarter daşımaları aşağıdakı kimi təsnif olunurlar.
    Qapalı çarter- adətən, öz işçilərini iş yerinə, işgüzar görüşə və ya istirahətə aparmaq üçün 
    hər hansı təşkilatın sifariş etdiyi qeyri -
    kommersiya daşımasıdır.
    Efiniti - çarter - maraq və ya sənət ümumiliyi ilə insanları birləşdirən klub və ya 
    assosiasiyaların öz üzvləri üçün təşkil etdiyi yarıkommersiya gedişidir.
    İnkiyuziv - tur - çarter - dəyəri düz və əks istiqamətdə daşımaların dəyərindən başqa tur 
    zamanı ekskursiya və məişət xidmətinin dəyərini də özündə əks etdirən kommersiya turist 
    daşımasıdır. İnklyuziv - tur - çarterin xüsusiyyəti odur ki, təyyarə tam icarəyə götürülür və 
    daşıma ilə bərabər müəyyən müddət ərzində, adətən 7 - 1 4 gündən az olmamaqla, yerüstü 
    xidmətlərin dəyəri də ödənilir.
    Blok- çarter daşımasında təyyarə tam yox, yalnız onun müəyyən hissəsi (adətən 30 - 40 yer) 
    icarəyə götürülür.
    Müntəzəm aviadaşımalar. Müntəzəm aviadaşımalar çap olunmuş və olunmamış 
    beynəlxalq aviasiya tarifləri ilə yerinə yetirilir. 
    Daşımanın mövsümiliyinə görə tariflər yüksək (yay tarifı), aşağı (qış tarifı) və aralıq 
    tarif kimi siniflərə bölünürlər.
    Daşımanın rəsmiləşdirilməsi növünə görə tariflər bir tərəfə daşıma, düz və əks 
    istiqamətdə daşıma və həlqəvi marşrut üzrə daşıma siniflərinə bölünürlər. 


    HAVA NƏQLİYYATININ İŞ GÖSTƏRİCİLƏRİ 
    Hava nəqliyyatında digər nəqliyyat növlərindən fərqli olan aşağıdakı göstəricilər 
    hesablanır. 
    Təyyarənin oturacaqlarının tutulması əmsalı təyyarənin kreslolarının istifadəsini 
    xarakterizə edir. O, yerinə yetirilmiş sərnişin-kilometrlərin maksimum sərnişin-kilometrlərə 
    (kleslo-kilometrlər) bölünməsi ilə təyin edilir: 
    max
    P
    P
    f
    ot

    Göndərmə məntəqəsindən təyinat məntəqəsinə real çatdırma sürəti məntəqələr 
    arasındakı hava xəttinin uzunluğunun sərnişinlərin hava nəqliyyatı ilə gedişə sərf ctdikləri 
    vaxta nisbəti ilə təyin olunur: 
    T
    L
    V
    /


    Download 3,83 Mb.
    1   ...   41   42   43   44   45   46   47   48   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish