Kompaniya həmçinin «Infıniti» markah «lüks» sinif avtomobillər də satır. 2007 - ci ildə
kompaniya 3,77 mln avtomobil satnıışdır. Nissan kompaniyası adi avtomobillərin istehsalı ilə
yanaşı həmçinin hibrid avtomobillər və elektromobillər istehsalına da böyük diqqət verir.
Toyota kompaniyası
1933 - cü ildə avtomobil istehsah üçün nəzərdə
tutulan yeni
bölməsini açdı və 1934 - cü ildə ilk avtomobilini istehsal etdi. «Toyota» markalı xaricdə istehsal
olunan ilk avtomobil Melburnda (Avstraliya) 1963 - cü ilin aprelində konveyerdən çıxdı.
Kompaniya Toyota, Lexus, Scion, Daihatsu, Hino markalı minik, yük avtomobilləri, həmçinin
avtobuslar istehsal edir. 2007 - ci maliyyə ilində
korporasiya 9,37 mln avtomobil satmışdır.
2007 - ci ilin I kvartalında Toyota motors ilk dəfə General Motors - dan çox avtomobil satdı.
İtaliya, İtaliyanın əsas avtomobil kompaniyası
Fiat (Fabbrica Italiana Automobili Torino)
1
899 - cu ildə yaradılmışdır. 1969-cu ildə Fiat qrupu Lancia avtomobilqayırma kompaniyası
üzərində nəzarəti də ələ aldı. Fiatın dünyanın bir çox ölkəsində (Braziliya, Argentina, Polşa və
s.) istehsal sahələri vardır. Onun birgə müəssisələri Fransa, Türkiyə, Misir, Cənubi Afrika,
Hindistan və Çində yerləşmişlər. Fiat qrupuna həmçinin Ferrari, İveco və Maserati, Alfa Romeo
və Lancia kompaniyaları da daxildir. 2005 - ci ildə kompaniya 1,697 mln avtomobil satmışdır.