Mövzu 13.
Avtomobil nəqliyyatı vasitələri və onların təsnifatı.
Ümumiyyətlə, avtomobil nəqliyyatı vasitələri (hərəkət tərkibi)
təyinatına, yol
məhdudiyyətlərinə və konstruktiv əlamətlərinə görə təsnif olunurlar.
Təyinatına görə onlar nəqliyyat və xüsusi olaraq iki yerə aynlırlar
. Nəqliyyat
avtomobilləri yük və sərnişinlərin daşınması üçün nəzərdə tutulur, xüsusi avtomobillərdə isə
müxtəlif (tikinti, sanitar, yanğın söndürən və s.) qurğular quraşdırılır.
Nəqliyyat avtomobilləri yük və sərnişin olaraq iki yerə bölünürlər. Yük nəqliyyat
vasitələri ya ümumi təyinatlı kuzaya (yük platforması), ya da bir və ya bir qrup yükün
daşınması üçün olan xüsusiləşdirilmiş kuzaya malik olurlar.
Sərnışin avtomobillərinə
avtobuslar və minik avtomobilləri aiddir.
Yol məhdudiyyətlərinə görə bütün avtomobillər üç əsas qrupa bölünürlər. Birinci qrupa
«A» yalnız təkmilləşdirilmiş örtüklü yollarda istifadə edilmək üçün nəzərdə tutulan, tək oxdan
yol səthinə düşən kütləsi 10 t (100kN), qoşa oxdan isə 18 t və tam kütləsı 44 t - a qədər olan
avtomobil və avtomobil qatarları aiddir. İkinci qrupa «B» bütün ümumi təyinatlı yollarda
istifadəyə buraxdan, tək oxdan kütləsi 6 t, qoşa oxdan 1 lt və tam kütləsi 34 t - a qədər olan
avtomobil və avtomobil qatarları daxildir. Bunlardan başqa ümumi istifadə yollarında istismara
buraxılmayan, pis yol şəraiti üçün nəzərdə tutulan, oxdan kütləsi 10 t-dan yuxarı olan
avtomobillər də vardır.