• Yük avtomobillərinin tipajında
  • Ölçülərinə görə
  • Konstruktiv əlamətlərinə görə yük avtomobil nəqliyyatı vasitələri avtomobillərə




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet55/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   51   52   53   54   55   56   57   58   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Konstruktiv əlamətlərinə görə yük avtomobil nəqliyyatı vasitələri avtomobillərə, 
    dartqılara və qoşqu hərəkət tərkibinə bölünürlər. Öz növbəsində avtomobillər mühərrikin 
    növü, keçicilik, yük götürmə qabiliyyəti, tutumuna görə də siniflərə bölünürlər. 
    Tipaj funksiyaca eyni növlü texniki vasitələrin, məhsulun əsas istehlak göstəricilərinə 
    uyğun parametrik sıra əsasında qurulmuş, texniki - iqtisadi cəhətdən əsaslandırılmış təsnifatıdır. 
    Yük avtomobillərinin tipajında əsas təsnifat əlaməti olaraq oxdan düşən kütlə, 
    avtomobilin yük götürmə qabiliyyəti, mühərrikin növü, təyinatı qəbul edilir. Avtobusların 
    tipajında təsnifat əlaməti olaraq avtobusların tutumu, qabarit uzunluğu, oxdan düşən kütlə 
    məhdudiyyəti üzrə qrupu, mühərrikin növü, təyinatı qəbul edilir. Minik avtomobillərinin 
    tipajında təsnifat əlaməti olaraq mühərrikin litrajı, avtomobilin qabarit uzunluğu, avtomobilin 
    quru çəkisi, keçiciliyi, mühərrikin növü, təyinatı və s. götürülür. 
    Sərnişin tutumu avtobus və minik avtomobillərini ayırd edən əsas meyardır. Yol hərəkəti 
    haqqında beynəlxalq Konvensiyaya görə eyni zamanda səkkiz və daha çox sərnişin daşınması 
    üçün nəzərdə tutulan sərnişin avtomobili avtobus adlanır. Avtobuslar təyinatına görə şəhər, 
    şəhərətrafı, şəhərlərarası. yerli (kənd), turist, ekskursiya və məktəbli avtobuslarına bölünürlər. 


    Şəhər avtobusları çoxyerli, vaqon tipli, enli qapılı (ən azı 2 qapı), geniş keçidli salona 
    malikdir. Onlar yüksək dinamik və tormozlama keyfıyyətinə malik olmalı, yüksək çatdırma 
    sürətini təmin etməlidir. 
    Şəhərlərarası avtobuslarda sərnişin salonundan başqa əl yükləri (baqaj) üçün bölmə, 
    soyuducu, paltar soyunma yeri, bar olmalıdır. Sərnişin salonu sərnişin oturacaqları ilə tam təmin 
    olunur, oturacaqlarda nizamlanan söykənəcəklər qoyulur.
    Avtobuslar konstruksiyasına görə tək, qoşalaşmış və avtobus qatarlarına bölünürlər. 
    Ölçülərinə görə avtobuslar ən kiçik (5 m - ə kimi), kiçik (6,0 - 7,5 m), orta (8,0 - 9,5 m), 
    böyük (10,5 - 12.0 m), ən böyük (16,5 m - dən böyük) olurlar. 

    Download 3,83 Mb.
    1   ...   51   52   53   54   55   56   57   58   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Konstruktiv əlamətlərinə görə yük avtomobil nəqliyyatı vasitələri avtomobillərə

    Download 3,83 Mb.
    Pdf ko'rish