O zamanlar Daymlerin maşınlarınm yaradılmasında Avstriya - Macar imperiyasınm
Nitsadakı konsulu və Daymlerin Fransadakı nümayəndəliyinin başçısı Emil Ellinek aktiv iştirak
edirdi. O, Daymlerin ilk maşınlarınm yaradılmasında aktiv iştirak edən Vilhelm Maybaxı yeni
maşın yaratmağa həvəsləndirdi və 1901-ci ildə yeni avtomobil hazır oldu. Ellinekin təklifiylə
avtomobilə onun qızı Mersedesin adını verdilər. Beləlikb,
1901-ci ildən Mersedes adı Daimler-Motoren-Gesellschaft
kompaniyasının buraxdığı avtomobillərin ticarət markası
oldu.
Avtomobil nəqliyyatının tarixində böyük
rolu olan
alman fırmalarından biri də
Opeldir. Opel avtomobilqayırma kompaniyasmın
əsası 21 yanvar
1863-cü ildə qoyulmuş, avtomobil istehsalına 1899-cu ildə başlanmışdır. 2007-ci ildə istehsal
həcmi 1521724 avtomobil olmuşdur.
BMW AG - Bayerische Motorenwerke AG (azərbaycan dilində Bavariya motor zavodları
AC) - alman konserni avtomobil, motosikl, mühərrik, həmçinin velosiped istehsalçısıdır. BMW -
nin
əsası Karl Fridrix Rapp tərəfindən 1913 - cü ilin oktyabrında qoyulmuşdur.
Firma ilk
zamanlar aviasiya mühərriklərinin istehsalı ilə məşğul olmışdur. BMW - nin ağ - mavi dairəvi
emblemi, səhvən qəbul olunduğu kimi, fırlanan təyyarə propellerini yox, Bavariyanın dama-
dama ağ-mavi bayrağını əks etdirir.
İlk avtomobilini konsern 1929-cu (
Dixi modeli) istehsal
etmişdir. 1951-ci ildə BMW özünün müharibədən sonrakı ilk (501)
modelini
istehsal edir.
Daha bir alman konserni
Volkswagenin markası altında 2007 - ci ildə
5021000 avtomobil istehsal edilmişdir. Volkswagen (Folksvaqen) konserninin
tarixi
1933 cü ilin payızında Berlinin Kayzerxof otelinin zallarından birində üç
nəfərin (Adolf Hitler, Yakob Berlin və Ferdinand Porşe)
söhbətindən başlanmışdır. Hitler, alman xalqı üçün möhkəm,
etibarlı, qiyməti 1000 reyxmarkadan çox
olmayan avtomobil
istehsal etmək ideyasını irəli sürmüş, hökümət sifarişinin
yerinə yetirilməsi üçün məsuliyyət
Ferdinand Porşenin
üzərinə düşmüşdü. Gələcək avtomobili «Volks-Wagen» («Xalq avtomobili») adlandırdılar.
İlk