• Mənsubiyyətinə görə
  • beynəlxcılq aviaşəbəkələrdir.
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet43/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   39   40   41   42   43   44   45   46   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Hava trassası - hüdudlarında uçuşların yerinə yetirildiyi və yer səthindən müəyyən 
    hündürlükdə yerləşən dəhliz şəklində olan fəzadır. Hava trassaları yerli və beynəlxalq olur. 
    Aviatəmir zavodları bir və ya bir neçə növ təyyarə və vertolyotun uyğun təmirini təmin 
    edən müəssisələrdir.
    Dünyanın hava nəqliyyatı sistemi 1400 aviaşirkəti birləşdirir. Aviareyslərdə orta hesabla 
    ildə 1,5 mlrd adam daşınır. Beynəlxalq hava rabitələrini 470 daşıyıcı təmin edir ki, onlardan 
    250 - si müntəzəm beynəlxalq aviareyslər yerinə yetirir. Beynəlxalq hava rabitələrinə 
    xidmətdə dünyanın mindən çox aeroportu iştirak edir. Bu aeroportlardan 650 - si beynəlxalq 
    müntəzəm aviadaşımalara xidmət edir. 
    Mənsubiyyətinə görə aviaşirkətiər dövlət, özəl və korporativ olurlar. Dövlət 
    aviaşirkətlərinə keçmiş sosialist ölkələrinin, inkişaf etməkdə olan ölkələrin, həmçinin inkişaf 
    etmiş ölkələrin dövlət tərəfindən əsası qoyulan və ya milliləşdirilən: British Airways (Böyük 
    Britaniya), Air France (Fransa), 
    KLM (Hollandiya) və s. kimi aviaşirkətləri aiddirlər. Bir sıra 
    aviaşirkətlər millətlərarası birliklər şəklində fəaliyyət göstərirlər. Onlara sahibliyi bir neçə 
    ölkə birgə yerinə yetirirlər. Məsələn, Skandinaviya aviaşirkəti SAS İsveç, Danimarka və 
    Norveçin birgə mülkiyyətidir. Özəl aviaşirkətlərə bir adama və ya ailəyə məxsus olan 
    aviaşirkətlər aid edilir. Korporativ şirkətlərin formal sahibləri aksioner birlikləridir. 
    Əsas daşıma növünə görə aviaşirkətlər sərnişin, yük və qarışıq olurlar.
    Beynəlxalq daşımaların kommersiya əsasları ilə nizamlanmasının bir forması da 1990 - 
    cı illərin sonlarında yaradılmış beynəlxcılq aviaşəbəkələrdir. Məsələn, 1997 - ci ildə 
    yaraddan
     Stars Union, aviaşəbəkəsi 108 ölkənin 643 aeroportunu birləşdirir.
    Azərbaycan respublikası 9 oktyabr 1992 - ci ildən Beynəlxalq Miilki Aviasiya 
    Təşkilatının, 1991 - ci ildən Dövlətlərarası Aviasiya Komitəsinin, 2002 - ci ildən Milli 
    aviasiyanın Avropa Konfransının tam hüquqlu üzvüdür. Hal - hazırda 29 dövlət ilə hava rabitəsi 
    haqqında Hökumətlərarası Razılaşma imzalamışdır. Azərbaycan respublikası beynəlxalq mülki 
    aviasiyaya aid 22 sənədə qoşulmuşdur.


    Azərbaycan Respublikası ərazisində hava nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada 
    dövlət siyasəti və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Dövlət Mülki 
    Aviasiya Administrasiyasıdır. 
    Azərbaycan Respublikasının ərazisində «Azərbaycan Hava yolları» «Azal». Turan - Air, 
    İmair və Silkway aviaşirkətləri fəaliyyət göstərirlər. 
    AVİASİYA DAŞIMALARI 
    Hava nəqliyyatı sərnişin daşımalarında əhəmiyyətli rol oynayır. Sərnişin daşımalarında 
    hava nəqliyyatının texniki - iqtisadi xüsusiyyətlərinə aşağıdakılar aiddir:
    yüksək texniki və kommersiya sürəti. Sərnişin təyyarələrinin sürəti 900 - 950 km/saata 
    çatır; 
    sərnişinlərin yüksək çatdırma sürəti;
    digər nəqliyyat növlərinə nisbətən yerli fiziki - coğrafı şəraitdən az asılılıq;
    sərnişin daşımalarında qeyri - müntəzəmlik yarandıqda böyük manevr etmə qabiliyyəti;
    yerə enmədən böyük uçuş məsafəsi;
    digər nəqliyyat növlərinə nəzərən daha qısa daşıma məsafəsi (dəmir yolu nəqliyyatından 
    təxminən 25 %, dəniz nəqliyyatından 50 %, bəzi məntəqələr arasında hətta 2 - 3 dəfə).
    Hava nəqliyyatının çatışmayan cəhətlərinə isə aşağıdakılar aiddir:
    Təyyarələrin hərəkət müntəzəmliyinin meteoroloji şəraitdən asılılığı;
    Daşımaların yüksək maya dəyəri. 
    Hava nəqliyyatı ilə nisbətən az yük daşınır, lakin bu yüklər qiymətli və təcili çatdırma 
    tələb edən - tibbi preparatlar, tez xarab olan yiiklər, qiymətli metallar, poçt və s. yükləridir. Hava 
    nəqliyyatı təhlükəli yüklərin daşınmasında böyük rol oynayır. Hava nəqliyyatı ilə yerinə yetirilən 
    yük dövriyyəsi ümumi yük dövriyyəsinin 1 % - ni, yük daşımalarının ümumi hava daşımala- 
    rında miqdarı isə 15 % təşkil edir. 

    Download 3,83 Mb.
    1   ...   39   40   41   42   43   44   45   46   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish