İllik daşıma həcmi 10 mln nəfərdən çox olan aeroportlar sinifsiz, 100 nəfərdən az olan
aeroportlar isə təsnifatsız aeroportlara aid edilirlər.
2005-ci ilin göstəricilərinə görə dünyanın iri sinifsiz aeroportlarından Atlanta GA (ATL)
85,9 mln, Çikaqo İL (ORD) 76,5 mln. London GB (LHR) 67,9 mln, Tokio JP (HND) 63,3 mln,
Los Anjeles CA (LAX) 61,5 mln, Dallas 59,1 mln, Paris FR (CDG) 53,7 mln və s. sərnişinə
xidmət etmişlər.
H. Əliyev adına Bakı beynəlxalq hava limanı ən müasir tələblərə cavab verən aerovağzal
kompleksinə, aerodrom və digər yerüstü qurğu və avadanlıqlara malikdir.