• Kompanovka sxeminə görə təsnifatda təyyarələr
  • Uçuş sürətinə görə
  • T texniki kolleci




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet40/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   36   37   38   39   40   41   42   43   ...   89
    Bog'liq
    VNS-mühazirə

    Güc qurğusunun növünə görə təyyarələr porşenli (An-2), turbovintli (An-24), 
    turboreaktiv (Tu-154), raket mühərrikli və kombinəedilmiş mühərrikli olurlar.
    Mühərriklərin sayəna görə bir (An-2), iki (An-24), üç (Tu- 154), dörd (An-124 
    «Ruslan»), beş (He-lllZ), altı (An-225 «Mriya»), yeddi (K-7), səkkiz (ANT-20, Boeing B-52), 
    on (Boeing-36). on iki mühərrikli (Do-X) təyyarələr vardır.
    Kompanovka sxeminə görə təsnifatda təyyarələr qanadlarının sayına, qanadların 
    yerləşməsinə, quyruğun yerləşməsinə, fyüzelyajın növü və ölçülərinə görə təsnif olunurlar. 
    Qanadların sayına görə təyyarələr bir, biryarım, iki və üç qanadlı olurlar. Qanadların 
    yerləşməsinə görə qanadı yuxarıda, ortada və aşağıda yerləşmiş təyyarələr vardır. Quyruğun 
    yerləşməsinə görə təyyarələr normal sxemli, «uçan qanad», quyruqsuz. «ördək» kimi olurlar. 
    Fyüzelyajın növü və ölçülərinə görə birfyüzelyajlı (dar və genişfyüzelyajlı), ikibalkalı 
    («çərçivə»), fyüzelyajsız (uçan qanad) və iki göyərtəli təyyarələr vardır. 
    Uçuş sürətinə görə təyyarələr səs sürətinə qədər (0,7 - 0.8 '' Max), transsəs (0,7 - 0,8 M 
    - dən 1,2 M - ə qədər), səsdən iti (1,2 M - dən 5 M - ə kimi), hipersəs (5 M - dən çox) kimi 
    növlərə bölünürlər. 
    Enmə orqanlarının növünə görə təyyarələrin quruyollu, gəmiyə enən, hidrotəyyarə və uçan 
    sualtı qayıq kimi növləri vardır. 
    Qalxına və enməsinin növünə görə təyyarələr vertikal qalxıb - enən, qısa məsafədə qalxıb - 
    enən və adi olur. Dartqı mənbəyinə görə təyyarələr vintli və reaktiv olur. Etibarlılığma görə 
    eksperimental, təcrübi və seriya təyyarələri vardtr. İdarəetmə üsuluna görə təyyarələr pilot 
    tərəfindən idarə olunan və pilotsuz olurlar. 
    Enmədən uçuş uzaqlığına görə təyyarələr: uzaq (6000 km və çox). orta (2500 - 6000 km), 
    yaxın (1000 - 2500 km) və yerli hava xətlərinin təyyarələrinə bölünürlər (1000 km - ə qədər). 
    Atomolyot - nüvə güc qurğusu olan uçan qurğudur. 

    Download 3,83 Mb.
    1   ...   36   37   38   39   40   41   42   43   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish