T texniki kolleci




Download 3,83 Mb.
Pdf ko'rish
bet39/89
Sana19.11.2023
Hajmi3,83 Mb.
#101194
TuriMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   89
Bog'liq
VNS-mühazirə

Aerostat (sadələşdirilmiş şəkildə hava şan) - havadan yüngül uçan aparatdır. Aerostatın qaldırma 
qüvvəsi onun içərisinə doldurulmuş (ətraf havanın sıxlığına nisbətən) aşağı sıxlıqlı qazın və ya 
qızdırılımş havanın hesabına yaranır. Aerostatların bənd edilən. sərbəst uçan və mühərrikili 
(dirijabllar) növləri vardır. Doldurıılma növünə görə qaz (şarlyerlər), istilik (monqolfyerlər) və 
kombinə edilmiş (rozyerlər) olurlar. 
Təyyarə - uçuşu mühərriklərin dartqı qüvvəsi və onun təsirindən hərəkət zamanı qanadlarda 
yaranan qaldırma qüvvəsinin hesabına baş verən havadan ağır uçan aparatdır (təyarələrin əsas 
hissələri - fyüzelyaj, aparan qanadlar, quyruq, təkər şassisi və güc qurğusu). Təyyarənin bu cür 
anlayışı «klassik» sayılır.
Təyyarə - özünü havada (uçuş zamanı atmosfer hududlarında) saxlamaq üçün planerin 
aerodinatik qaldırma qüvvəsindən və manevr etmək və alın səthinin müqavimətinə sərf olunan 
mexaniki itkiləri kompensasiya etmək üçün güc qurğusunun (mühərrikin) dartqısındaıı istifadə 
edən havadan sıx (ağır) uçan aparatdır.
Təyyarələrin təsnifatı müxtəlif əlamətlərə - təyinatına, konstruktiv əlamətlərinə, 
mühərriklərin növünə, uçuş - texniki parametrlərinə və s. görə verilə bilər. 
Təyinatına görə təyyarələr hərbi (aviasiyadaşıyan, desant, qırıcı, qırıcı – bombardmançı, 
çoxməqsədli və xüsusi, tutucu, raketdaşıyan, kəşfiyyatçı, yanacaq dolduran, nəqliyyat, hücum) 
və mülki təyyarələrə bölünürlər. Mülki təyyarələr öz növbəsində sərnişin, yük və xüsusi təyinatlı 
(kənd təsərrüfatı, sanitar, aerofotoçəkilişlər və s.), həmçinin təlim - məşq təyyarələri olmaqla 
növlərə bölünürlər. 
Təyyarələr uçuş kütləsinə görə aşağıdakı sinitlərə bölünürlər:
• 
Sinifsiz (kütləyə məhdudiyyət qoyulmur) - An-124, An- 225, A-380 və s. 
• 
1 - ci sinif (75 t və daha çox) - Tu-154, İl-62,11-76 və s.


• 
2 - ci sinif (30 t - dan 75 t - a kimi) - An-i2, Yak-42. Tu- 134 və s.
• 
3 - cü sinif (10 t - dan 30 t - a kimi) - An-24. An-26. An- 72, An-140. İl-114, Yak-40 və 
s.
• 
4 -cü sinif (10 t-a kimi) - An-2, An-3T, An-28. An-38, L-410. M-101T və s.
Hava gəmisinin sinfi onu qəbul edə biləcək aerodromun sinfi ilə əlaqədardır.

Download 3,83 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Download 3,83 Mb.
Pdf ko'rish