Dirijabllar. Almaniyada üzərinə rezin parça çəkilmiş yüngül ərintilərdən möhkəm karkaslı
böyük hava gəmiləri tikilirdi. Onların çox seksiyalı gövdəsi qazla doldurulurdu. Bu gəmilərin
baş konstruktoru Ferdinand Çeppelin idi.
O, 1871 - ci ildə işə başladı və böyük məktəb yaratdı.
Yaratdığı hava gəmiləri onun öz adını daşıyırdı. Dirijabllar 130 km/saat sürətlə uça bilirdilər. Ən
iri dirijabl siqar şəkilli olub 245 m uzunluğa və 41 m diametrə malik idi. 60 nəfər heyəti olan bu
dirijabl 50 sərnişin və yük yerində 215 t yük götürə bilirdi.
Çeppelinin 1910 - cıı ildə açdığı kompaniya üç il ərzində 14 min sərnişin daşıdı. Bu hava
gəmiləri qəzasız 61 min kilometrdən çox məsafə qət etdilər. 1919 - cu ildə dirijabl ilk dəfə
Atlantik okeanmı keçdi. 1929-cu ilə
«Qraf Çeppelin» dirijablı Yer ətraf'ında dövrə vurdu.
Avropa və Amerika arasında dirijabllarla nıüntəzəm reyslər təşkil etmək cəhdləri də oldu.
Hindenburg dirijablı Atlantik okeanının üstündən onlarla müntəzəm kommersiya reysi etdi.
Lakin dirijablların konstruksiyası təkmil olmadığından onlar biri digərinin ardınca qəzaya
uğrayırdılar. Dirijablların təkmiləşdirilməsi ideyasının bu gün də mövçud olmasma baxmayaraq
1935 - ci ildən sonra daha iri dirijabllar diizəltmədilər.
Birinci və ikinci dünya müharibələrində müxtəlif konstruk- siyalı dirijabl və hava şarları
müşahidə, kəşfiyyat və hava hücumundan müdafıə məqsədləri üçün istifadə edilirdi. Almaniya
dirijabllardan Londonun bombardman edilməsində istifadə edirdi. Çeppelinin zavodları bütün
müharibə illərində və ondan sonra ABŞ üçün dirijabllar istehsal etdi. Formal olaraq ABŞ
ordusundan son dirijabl 1962 -ci ildə çıxarıldı.