T texniki kolleci




Download 3,83 Mb.
Pdf ko'rish
bet31/89
Sana19.11.2023
Hajmi3,83 Mb.
#101194
TuriMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   89
Bog'liq
VNS-mühazirə

Avtomotris (frans. automotrice, «özü hərəkət edən») - daxili yanma mühərriki (hal - 
hazırda, əsasən dizel) olan dəmir yolu vaqonudur. Elektrik mühərrikləri olan avtonom 
vaqonlar da avtomotrislərdir, lakin onları ço x vaxt elektromotris adlandırırlar. XXI 
əsrin əvvəllərində bir çox ölkələrdə, Məsələn, Almaniyada avtomotrislər az sərnişin 
axını olan dəmir yolu xətlərində sərnişin daşımaları üçün istifadə olunurlar. Müasir 
avtomotrislərdə qatara girişi rahatlaşdırmaq üçün döşəmənin səviyyəsi aşağı salınır və 
daxili kompanovkasına görə onlar metro vaqonunu xatırladırlar. 


Bir neçə dizel vaqondan ibarət olan avtonom qatar dizel - qatar adlanır. Dizel - qatar 
şəhərətrafı daşımalarda elektrikləşdirilməmiş xətlərdə, həmçinin şəhərlərarası sürətli 
rabitələrdə istifadə edilir.
Elektrik qatarları şəhərətrafı rabitələrdə geniş istifadə edilir.
V aqon Dəmir yolu vaqonunun (fran. waqon ingil. Waggon- araba) prototipi 
mədən müəssisələrində ağac relslər üzə rin də hərəkət edən yeşik şəkilli balaca araba 
olmuşdur.
Dəmir yolu vaqonları həmçinin təyinatlarına görə də təsnif olunurlar. Təyinata 
görə bölgüdə vaqonlar sərnişin, yük (universal, xüsusiləşdirilmiş, izotermik) və xüsusi 
kimi siniflərə ayrılırlar.
Sərnişin vaqonlarının ümumi, plaskart, kupe, yataq, restoran,salon, poçt, baqaj, 
ikimərtəbə kimi növləri vardır.
Yük vaqonlarının platforma, yarımvaqon örtülü, sistern, bunker, fitinq, 
transportyor, refrijerator, dumpkar, xopper, avtomobildaşıyan v əs. novləri vardır.
Mövzu 9. 
Dəmir yolu daaşımalarının xüsusiyyətləri ,iş göstəriciləri.
Dəmir yol 
nəqliyyatı əksər ölkələrin nəqliyyat sistemində yerinə yetirilən yük dövriyyəsinin böyük bir 
hissəsini öz üzərinə götürür. Məsələn, bu göstərici Rusiycida-75 %, Çexiyada-65 %, Polşada - 
51 %, Ukraynada-75 %, Avstriyada-40 %, İsveçdə-35 %, ABŞ-da 30 % təşkil edir.
Dəmir yolu nəqliyyatının texniki iqtisadi xüsusiyyətiəri və iistünlükiəri aşağıdakılardır:
Sənaye və kənd təsərrüfatı müəssisələri, tikinti, ticarət bazaları, anbarlar və s. ilə qırılmaz 
əlaqənin olması. Hal - hazırda bütün iri müəssisə və ticarət bazaları dalan dəmir yollarına 
malikdir. Dəmir yolu ilə daşınan yüklərin 90 % dalan yollarında yaranır və udulur;
İstənilən quru ərazidə tikilmək imkanı; 
Daşımaların kütləviliyi və yüksək daşıma qabiliyyəti (ildə 80 - 90 mln. ton iki xətli və ya 
20 - 30 mln. ton birxətli yollarda);
Müxtəlif yüklərin daşmmasına imkan verən universallıq və yük və sərnişinlərin böyük 
sürətlə daşınması imkanı; 
İlin, sutkanın vaxtından və hava şəraitindən asılı olmayan daşıma müntəzəmliyi; 
Su nəqliyyatına nəzərən daha qısa daşıma məsafəsi (orta hesabla 20%);
Boru kəmərindən başqa bütün nəqliyyat növlərinə nəzərən aşağı olan maya dəyəri.


Göstərilən üstünlüklərlə bərabər dəmir yolu nəqliyyatı bir sıra çatışmamazlıqlara da 
malikdir:
Dəmir yolu tikililərinin böyük kapital tutumuna malik olması və qoyulan avans kapitalının 
ləng ödənilməsi (6 - 8 il, hətta daha çox);
Dəmir yolunda əmək məhsuldarlığı boru kəməri, dəniz və hava nəqliyyatına nisbətən 
aşağı, avtomobil nəqliyyatına nisbətən yuxarıdır; 
Sərnişinlərə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı olması və s.
Dəmir yolu nəqliyyatı manevretmə qabiliyyəti aşağı olan nəqliyyat növlərinə aiddir, 
beləki, dəmir yolundakı istənilən fasilə bütün arxada gələn nəqliyyat vasitələrinin hərəkətini 
ləngidir. Nəqliyyat şəbəkəsi sıx olan yerlərdə qatarları maneə olan yerlərdən yan ötürmək olursa 
da, magistral xətlərdə olan hər hansı tıxac bütün yük və sərnişinlərin ləgiməsinə gətirib çıxarır. 
Müasir şəraitdə dəmir yolları daşımalann «qapıdan - qapıya» olaraq yerinə yetirilməsini tərnin 
edə bilmir.

Download 3,83 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Download 3,83 Mb.
Pdf ko'rish