• Elektrovoz
  • Yerinə yetirdiyi işə görə elektrovozlar
  • DƏMİR YOLU NƏQLİYYATININ HƏRƏKƏT TƏRKİBİ




    Download 3,83 Mb.
    Pdf ko'rish
    bet29/89
    Sana19.11.2023
    Hajmi3,83 Mb.
    #101194
    TuriMühazirə
    1   ...   25   26   27   28   29   30   31   32   ...   89
    Bog'liq
    VNS-mühazirə

    DƏMİR YOLU NƏQLİYYATININ HƏRƏKƏT TƏRKİBİ 
    Qatar dedikdə bir və ya bir neçə lokomotivlə və ya motor vaqonlarla h ərəkətə 
    gətirilən bir - birinə qoşulmuş vaqonlar çoxluğu başa düşülür. Qatarlar d əmir yolunun 
    əsas hərəkət tərkibidir. 
    Dəmir yolunun hərəkət tərkibi aşağıdakılardan ibarətdir: dartqılı - lokomotivlər, 
    motor - vaqon hərəkət tərkibi və dartqısız vaqonlar.
    Lokomotivlərə elektrik (elektrovoz), istilik (teplovoz), qazturbinli (qazoturbovoz), 
    buxar (parovoz) və motor (motolokomotiv), motovaqon hərəkət tərkibinə isə elektrik 
    qatarları, dizel - qatarlar və avtomotrislər aiddir. İlk mühərrikdən və ya enerji 
    mənbəyindən asılı olaraq lokomotivlər və motorvaqon hərəkət tərkibi avtonom (istilik, 
    qazturbinli, buxar, motor lo komotivləri, dizel - qatar, turboqatar, avtomotris) və kənar 
    enerji mənbəyi olan qeyri - avtonom (elektrik lokomotivi və elektroqatarlar) olaraq iki 
    yerə ayrılır. Lokomotivlər gördüyü işə görə sərnişin (yüksək hərəkət sürətli), yük 
    (böyük dartqı qüvvəsinə malik) və manevr lokomotivlərinə 
    bölünürlər. 
    Elektrovoz elektrik mühərrikləri vasitəsilə hərəkətə 
    gətirilən və elektrik enerjisini xarici elektrik şəbəkəsindən 
    dartqı yarımstansiyası və kontakt şəbəkəsi və ya elektrovozda qoyulmuş 
    akkumulyatorlardan alan qeyri - avtonom lokomotivdir. Elektrovozlar XIX əsrin ikinci 
    yarısından ictimai nəqliyyat kimi yük daşımalarında istifadə edilirlər. Onlar 374 
    km/saat sürət ala bilirlər.Yerinə yetirdiyi işə görə elektrovozlar yük, sərnişin, 
    manevr, şaxta və xüsusi sənaye təyinatlı olurlar.Qidalanma növünə görə 
    elektrovozlar əsasən iki növ: dəyişən cərəyaıılı - 25 kV. 50 Hs və sabit cərəyanlı - 3 
    kV olurlar.
    Bundan başqa həm sabit, həm də dəyişən cərəyanlı sahələrdə istismar edilmək 
    üçün ikisistemli elektrovozlar, karxana və mədənlərdə istismar edilmək üçün 1500 V, 
    550 V, 250 V sabit cərəyanla və 10 kV dəyişən cərəyanla, həmçinin akkumulyator 
    batareyaları ilə işləyən elektrovozlar da istehsal olunur. 

    Download 3,83 Mb.
    1   ...   25   26   27   28   29   30   31   32   ...   89




    Download 3,83 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    DƏMİR YOLU NƏQLİYYATININ HƏRƏKƏT TƏRKİBİ

    Download 3,83 Mb.
    Pdf ko'rish