Yolun alt qatına torpaq yatağı və süni qurğular (körpülər, borular, yol keçidləri və
s.) aiddir.
Rusiyada relsin standart uzunluğu 12,5 m və ya 25 m-dir, lakin hal - hazırda
stansiyalararası pereqonlarda və stansiya yollarında calaqsız yollar - qaynaq vasitəsilə
bir - birinə birləşdirilmiş, uzunluğu 800 m - ə çatan rels gövdələri tətbiq olunur.
Əsasən P 65 və P 50 (reslin 1 m-nin çəkisi uyğun olaraq 65 və 50 kq), həmçinin daha
ağır P 75 markalı relslər işlədilir.
Yeni dəmir yolları layihələndirilərkən onların uzununa meylinin uyğun olaraq
teplovoz dartqılı yollarda 12 %o, elektrovoz dartqılı yollarda isə 15 %o - dən artıq
olmasına icazə verilmir.