götürmə qabiliyyəti 300 - 400 t - dur. Adətən, penişin heyəti bu gəminin sahibləri olan
iki adam - ər və arvaddan ibarət olur. Onlar gəmidə yaşayır (uşaqlar
internat
məktəblərində oxuyurlar). Sahildə yaşayış yerini isə yalnız təqaüdə çıxdıqda alırlar.
Çay nəqliyyatının əsas texniki - istimar xüssiyyətləri və üstünlükləri
aşağıdakılardır:
Dərin sulu yolların yüksək daşıma qabiliyyəti (məsələn Volqa çayında farvaterin
(holland dilində
vaarwater, varen - hərəkot etmək, üzmək, water su deməkdir, yəni, təhlükəsiz
keçid üçün kifayət qədər dərin su sahəsi) dərinliyi 120 - 140 sm olduqda daşıma
qabiliyyəti iki yollu dəmir yoluna nisbətən 2 dəfə çoxdur);
Nisbətən aşağı maya dəyəri (dəmir yol nəqliyyatıtının maya d əyərindən ümumi
hesabla 30 % ucuzdur, bu qiym ət neft daşımasında 3 d əfə, meşə daşımasında isə 5
dəfədir);
Xüsusi yanacaq sərfı avtomobil nəqliyyatından 4 dəfə, hava ııəqliyyatından isə
15-20 dəfə azdır;
Yüksək məhsuldarlıq;
Dəmir yol nəqliyyatına nisbətən (10 dəfə) aşağı kapital qoyuluşu;
Aşağı metal tutumu.
Çay nəqliyyatının nisbi çatışmayan cəhətlərinə aşağıdakıları aid etmək olar:
İşin mövsümi xarakterili olması. Çaylarda iş mövsümü, cənubda çay suyunun
azalması hesabına 240 gün, şimalda isə donuşluq hesabına 120-150 gün təşkil edir.
ABŞ və Almaniyada naviqasiya dövrü 10-11 ay çəkdiyindən onlarda çay nəqliyyatının
xüsusi çəkisi yuxarıdır.;
Gəmilərin və yük çatdırmalarının aşağı sür əti .
Çay hövzələrinini münfəridliyi;
Çayların təbii vəziyyətdə istifadə edilməsi (dərinliyin qeyri - bəıabərliyi yolun
əyri-üyrü olması və s.).
Çay nəqliyyatı çatdırma sürətinin aşağı, işin mövsümi olmasına
baxmayaraq,
özünün əsas üstünlüyü olan aşağı maya dəyəri hesabına nəqliyyat sistemində mühüm
yer tutur.
Mövzu 7.
Dəmir yolu nəqliyyatı,onun yaranması və tarixi.
Dəmir yolu nəqliyyatı - yük və sərnişinlərin daşınmasını rels yollarla həyata
keçirən nəqliyyat növüdür.
Dünyanın dəmir yollarının ümumi uzunluğu 1122650 km - dir. Onlardan 194731
km ABŞ-ın, 87157 km Rusiyanın, 71600 km Çinin, 63518 kıu Hindistanın, 49422 km
Kanadanın, 45514 km Almaniyanın, 41588 km Avstraliyanın, 34463 km Argentinanın,
32682 km Fransanın, 31543 km Braziliyanın, 23420 km Polşanın, 23168
kmYaponiyanm payına düşür.
Dünyada bir sıra dəmir yolu sistemləri vardır: Avroasiya, Şimali Amerika.
Hindiçin, Hind, Cənubi Amerika - şimal, Cənubi Amerika - cənub. Cənubi Afrika,
Şimali Afrika, Nubi (Sudan, Efiopiya. Eritreya, Somali), Qərbi Afrika -cənub, Qərbi
Afrika mərkəzi, Qərbi Afrika - qərb, Kelt (İrlandiya. Böyük Britaniya), Antil (Haiti.
Dominikan respublikası). Ərəb (Səudiyyə Ərəbistanı, BƏƏ, Oman).
Bir sıra ölkələrin (məsələn.
Avstraliya, Yeni Zellandiya, Indoneziya,
Yaponiya,
Kuba. Filippin. Malta və s.-cəmı 18 ölkə) dəmir yolları digər ölkələrin dəmir yolu
sistemləri ilə əlaqədar deyildir. Bir çox ölkədə isə ümumiyyətlə dəmir yolları yoxdur
(məsələn. Bəhreyn, İslandiya, Yəmən, Qətər, Çad və s. - cəmi 40 ölkə).
Sovet imperiyasının dağılması ilə əlaqədar Azərbaycan dəmir yolları SSRİ yollar
nazirliyinin tərkibindən çıxıb Azərbaycan Dövlət Dəmir yolunu yaratdı, 2009 - cu ildə
isə ADDY «Azərbaycan Dəmir yolları» qapalı səhmdar cəmiyyətinə (QSC) çevrildi.
Azərbaycan dəmir yolunda əlaqə yollarının ümumi uzunluğu 2008 - ci ildə 2918
km, o cümlədən ümumi istifadədə olan yolların uzunluğu 2099 km, ümumi istifadədə
olmayan yolların uzunluğu 819 km, elektrikləşdirilmiş yolların uzunluğu 1278 km,
qoşayollu sahələrin uzunluğu 800 km təşkil edir.
Respublika ərazisinin hər min kvadrat kilometrin ə 24,6 km dəmir yolu xətti düşür.
Rusiyada bü göstərici 5,1 km, Ukraynada - 27.6 km, Gürcüstanda 22 km, Türkiyədə -
10 km, İranda 6.9 km, Pakistanda - 3,1 km təşkil edir.
XVIII əsrin 60 - 80-cı illərində əvvəlcə İngiltərədə, daha sonra digər olkələrdə
sənaye yüksəlişi başlandı. Əl əməyinin yerinə maşın islehsalatı meydana çıxdı.
1763 cü ildə rus mühəndisi İ.İ.Polzunov sobalara hava vermək üçün
olan buxar
mühərrikinin layihəsini təqdim etdi.
Sənayedə əsl inqilabı Ceyms Uattın 1784 - cü ildə yaıaldığı buxar maşını etdi.
Uattın universal buxar maşınını istənilən istehsalatda və nəqliyyatda tətbiq etmək
mümkün idi.
Buxar mühərriki nəqliyyatın inkişafına böyük təkan verdi. 1769 - cu ildə fransız
artilleriya zabiti Jozef Kyunyo ağır topları h ərəkətə gətirmək üçün buxar arabasını
ixtira etdi. Bu araba çox yondəmsiz olduğundan sınaq vaxtı Parisd ə bir evin divarını
deşdi və sonda araba muzey eksponatına çevrildi.
1802 - ci ildə ingilis konstruktoru Riçard Trevitik buxar avtomobili düz əltdi. Bu
maşm hərəkət edəndə çox böyük hay - küy salırdı. Onun sürəti 10 km/saat idi. Bu sürəti
almaq üçün Trevitik çox böyük aparan təkər hazııiamışdı.