Panama kanalı Sakit okeanın Panama körfəzini Karib dənizi və Atlantik okeanı ilə
birləşdirir. Panama bərzəxində Panama dövlətinin ərazisində yerləşir. Uzunluğu 81.6
km - dir. Bu məsafənin 65.2 km quru ərazi ilə, 16,4 km isə Panama və
Limon
buxtalarının dibi ilə çəkilmişdir. Panama kanalının hesabına
Nyu - Yorkdan San -
Fransiskoya qədər olan məsafə 22,5 min km - dən 9,5 min km - ə qədər qısalmışdır.
Gəmilərin Panama kanalından keçirilm əsi losman xidməti tərəfindən yerinə
yetirilir. Gəminin kanaldan keçməsinin orta müddəti 9 saat, minimal müdd əti isə 4 saat
10 dəqiqədir. Maksimal buraxma qabiliyyəti sutkada 48 gəmidir. Kanal 1879- cu ildə
tikilməyə başlamış, birinci gəmi kanaldan 15 avqust 1914 - cü ildə keçmişdir. Rəsmi
açılış isə 12 iyun 1920 - ci ilə təsadüf cdir.
Kil kanalı Almaniyada Baltik və Şimal dənizlərini birləşdirir. Uzunluğu 98 km, eni
100 m - dən çox, dərinliyi 11 m - dir. Kanalın tikintiçi 8 ild ən çox davam etmiş və 1895
-ci il 20 iyunda istismara verilmişdir.