|
Texnoloji proseslərin optimallaşdırılması konspekt Fənnin məqsədi və əsas məqsədləri m1 s12Bog'liq konspekt
Texnoloji proseslərin optimallaşdırılması
konspekt
1. Fənnin məqsədi və əsas məqsədləri m1 s12
Fənnin
məqsədi
magistrantlarda
maşınların
istehsalı
texnoloji
proseslərinin
layihələndirilməsində optimallaşdırma üsullarının səmərəli tətbiqi üçün lazım olan nəzəri
əsasların, optimallaşdırma üsullarının mənimsənilməsi və bu əsasda texnoloji proseslərin
optimallaşdırma modellərinin qurulması və həlli bacarığının formalaşdırılmasından ibarətdir.
Texnoloji proseslərin layihələndirilməsi zamanı mühəndis texnoloq aşağıda sadalanan
məsələləri həll etməlidir: hissə üçün mexaniki emal marşrutunun işlənməsi və texnoloji
proses üçün əsas texniki-iqtisadi hesablama vahidi olan texnoloji əməliyyatların qurulması,
texnoloji avadanlıq və təchizat vasitələrinin seçilməsi, istehsal resurslarının bölüşdürülməsi
və s. Texnoloji əməliyyatların layihələndirilməsi zamanı isə bazalaşdırma və sazlama
sxemlərinin seçilməsi, kəsmə rejimi elementlərinin təyin edilməsi və s. kimi vacib məsələlər
həll edilməlidir. Bu məsələlərin həllinin düzgünlüyündən emal edilən hissənin dəqiqliyi və
emal keyfiyyəti bilavasitə asılıdır.
2. Texnoloji proseslərin optimallaşdırılması məsələsinin qoyuluşu
Məlumdur ki, texnoloji proseslərin layihələndirilməsi məsələləri çoxvariantlıdır. Ona görə də
bir hissənin mexaniki emal texnoloji prosesini layihələndirərkən tələb olunan dəqiqlik və
keyfiyyəti təmin edən onlarla və bəzən də yüzlərlə emal variantları mövcud olur. Bu
variantlar içərisindən daha əlverişlisini seçməyə imkan verən həllin tapılmasını təmin etmək
üçün tətbiqi optimallaşdırma məsələsinin qoyuluşundan asılı olaraq müxtəlif kibernetik
metodlardan istifadə etmək lazım gəlir. Kibernetika yunan dilindən tərcümədə «idarəetmə
incəsənəti» mənasını verir. Kibernetikanın əsas vəzifəsi idarəetmə üsulunun axtarılmasıdır.
Maşınqayırma texnologiyasında faktiki olaraq texnoloji proseslərin və əməliyyatların
layihələndirilməsinin bütün məsələləri idarəetmə məsələlərinə aiddirlər. Qarşıya qoyulan
məqsədə çatmaq üçün prosesin təşkili məsələsinə idarəetmə deyilir. İdarəedilən fiziki
sistem idarəetmə obyekti adlanır. Texniki qurğular (maşınlır, dəzgahlar və s.), istehsal
müəssisələri (sex, zavod), iqtisadi sistemlər (müəssisənin iqtisadiyyatı, sahənin
iqtisadiyyatı), sosial sistemlər və s. idarəetmə obyekti ola bilər. Müxtəlif fiziki təbiətə malik
idərəetmə obyektləri üçün idarəetmə proseslərinin qanunauyğunluqları eynidir. Bu
idarəetmə prosesinin ümumi riyazi ifadəsinin verilməsini təmin edir.
|
| |