• Optimallaşdırma xarici və ya daxili ola bilər.
  • 11. Texnoloji proseslərin optimallaşdırılması mərhələləri
  •  Optimallaşdırma üsulları və onların təsnifatı




    Download 0,68 Mb.
    Pdf ko'rish
    bet4/20
    Sana09.01.2024
    Hajmi0,68 Mb.
    #133336
    1   2   3   4   5   6   7   8   9   ...   20
    Bog'liq
    konspekt

    9. Optimallaşdırma üsulları və onların təsnifatı
    Təyinatına görə optimallaşdırma üsulları belə təsnif olunur:
    Parametrik optimallaşdırma – Bu üsuldan optimal texnoloji parametrlərin təyin
    edilməsi üçün istifadə edilir.


    Struktur optimallaşdırma – texnoloji prosesdə əməliyyat, keçid və gedişlərin
    strukturunun, yəni onların ardıcıllığının təyin edilməsi məqsədi ilə bu üsuldan
    istifadə edilir.
    Funksional optimallaşdırma – Bu üsul həll olunan məsələlərin tipinə görə
    parametrik optimallaşdırmaya oxşardır. Lakin funksional optimallaşdırma zamanı
    texnoloji parametrlərin konkret optimal qiymətlərini deyil, bu parametrlərin bəzi
    arqumentlərdən asılı olaraq dəyişmə funksiyalarının tapılması tələb olunur.
    Optimallaşdırma xarici və ya daxili ola bilər. Dəzgahdan kənarda yerinə
    yetirilən optimallaşdırma prosesinə xarici, dəzgahda bilavasitə emal zamanı yerinə
    yetirilən optimallaşdırmaya isə daxili optimallaşdırma deyilir.
    10. Birkriteriyalı və çoxkriteriyalı optimallaşdırma
    Qarşıya qoyulan məqsəddən asılı olaraq optimallaşdırma birkriteriyalı (və ya
    birməqsədli) və ya çoxkriteriyalı (və ya çoxməqsədli) ola bilər.
    Birkriteriyalı optimallaşdırma zamanı bir məqsəd funksiyasının ekstremumlarının
    axtarılması məsələsi həll olunur.
    Çoxkriteriyalı optimallaşdırma zamanı iki və ya daha çox məqsəd funksiyasının
    ekstremumlarının axtarılması məsələsi həll olunur. Avtomatlaşdırılmış istehsal
    zamani çoxməqsədli optimallaşdırma məsələsi böyük əhəmiyyət kəsb edir.
    11. Texnoloji proseslərin optimallaşdırılması mərhələləri
    Texnoloji proseslərin optimallaşdırılması zamanı aşağıdakı mərhələlər tələb olunan
    ardıcıllıqla yerinə yetirilməlidir:
    • tədqiqat obyektinin ilkin öyrənilməsi;
    • məqsəd funksiyası və ya optimallaşdırma kriteriyasının müəyyən edilməsi;
    • faktorların aprior rütbələnməsi;
    • əsas parametrlərin (giriş, funksional və çıxış) ayırd edilməsi;
    • məhdudiyyət sisteminin qurulması;
    • optimallaşdırma modelinin tərtibi;
    • optimallaşdırma məsələsinin həlli metodunun seçilməsi;
    • optimallaşdırma metodunun tətbiqi, başqa sözlə desək: optimallaşdırma
    məsələsinin həlli.

    Download 0,68 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   20




    Download 0,68 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Optimallaşdırma üsulları və onların təsnifatı

    Download 0,68 Mb.
    Pdf ko'rish