• 5. Tədqiqat obyektinin ilkin öyrənilməsi. Faktorların aprior rütbələnməsi
  • 6. Optimallaşdırma kriteriyaları
  •  Əsas anlayışlar və təriflər M1 s28 29 30




    Download 0.68 Mb.
    Pdf ko'rish
    bet2/20
    Sana09.01.2024
    Hajmi0.68 Mb.
    #133336
    1   2   3   4   5   6   7   8   9   ...   20
    Bog'liq
    konspekt

    3. Əsas anlayışlar və təriflər M1 s28 29 30


    4. Kibernetika, kibernetikanın əsas vəzifəsi
    Kibernetika yunan dilindən tərcümədə «idarəetmə incəsənəti» mənasını verir.
    Kibernetikanın əsas vəzifəsi idarəetmə üsulunun axtarılmasıdır. Maşınqayırma
    texnologiyasında faktiki olaraq texnoloji proseslərin və əməliyyatların
    layihələndirilməsinin bütün məsələləri idarəetmə məsələlərinə aiddirlər. Qarşıya
    qoyulan məqsədə çatmaq üçün prosesin təşkili məsələsinə idarəetmə deyilir.
    İdarəedilən fiziki sistem idarəetmə obyekti adlanır.
    5. Tədqiqat obyektinin ilkin öyrənilməsi. Faktorların aprior
    rütbələnməsi
    Texnoloji proseslərin optimallaşdırılması zamanı aşağıdakı mərhələlər tələb
    olunan ardıcıllıqla yerinə yetirilməlidir:
    • tədqiqat obyektinin ilkin öyrənilməsi;
    • məqsəd funksiyası və ya optimallaşdırma kriteriyasının müəyyən edilməsi;
    • faktorların aprior rütbələnməsi;
    • əsas parametrlərin (giriş, funksional və çıxış) ayırd edilməsi;
    • məhdudiyyət sisteminin qurulması;
    • optimallaşdırma modelinin tərtibi;
    • optimallaşdırma məsələsinin həlli metodunun seçilməsi;
    • optimallaşdırma metodunun tətbiqi, başqa sözlə desək: optimallaşdırma
    məsələsinin həlli.
    Texnoloji proseslərin optimallaşdırılması zamanı tədqiqat obyektinin ilkin
    öyrənilməsi, prosesin baş verməsini xarakterizə edən parametrlərin müəyyən
    edilməsi, bu parametrlərin optimallaşdırma nəticəsinin keyfiyyətinə təsir
    dərəcələrinə görə aprior rütbələnməsi vacib məsələlərdəndirlər.
    6. Optimallaşdırma kriteriyaları
    Texnoloji prosesin idarəedilmə
    keyfiyyətini
    xarakterizə
    edən
    kriteriya
    optimallaşdırma kriteriyası (və ya məqsəd funksiyası) adlanır.
    Optimallaşdırma kriteriyaları aşağıdakı qruplara ayrılır:
    • iqtisadi: minimum maya dəyəri, minimum xərclər, maksimum gəlir, minimum
    enerji xərcləri, minimum əmək tutumu və s.
    • texniki-iqtisadi: maksimum məhsuldarlıq, minimum ədəd vaxtı, əsas və köməkçi
    vaxt, maksimum etibarlıq, stabillik, avadanlığın faydalı iş əmsalının maksimum
    qiyməti və s.
    • texnoloji: dəqiqlik, keyfiyyət göstəriciləri, səthin keyfiyyəti (kələ-kötürlük,
    mikrobərklik, qalıq gərginlikləri və s.), məmulun fiziki-kimyəvi xassələri, alətin
    davamlığı və s.
    • istismar: yeyilməyə davamlıq, yorulma möhkəmliyi, kontakt sərtliyi, dayaq sahəsi
    və s.
    • müxtəlif: psixoloji, estetik, təhlükəsizlik, ekoloji və s.



    Download 0.68 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   20




    Download 0.68 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Əsas anlayışlar və təriflər M1 s28 29 30

    Download 0.68 Mb.
    Pdf ko'rish