• 14. Funksional və çıxış parametrləri
  •  Kəsmə prosesinin struktur modelinin araşdırılması




    Download 0,68 Mb.
    Pdf ko'rish
    bet5/20
    Sana09.01.2024
    Hajmi0,68 Mb.
    #133336
    1   2   3   4   5   6   7   8   9   ...   20
    Bog'liq
    konspekt

    12. Kəsmə prosesinin struktur modelinin araşdırılması
    13. Giriş parametrlərinin təsnifatı
    Kəsmə prosesinin baş verməsini təyin və təmin edən parametrləri üç qrupa
    bölmək olar:


    • giriş parametrləri,
    • funksional parametrləri
    • çıxış parametrləri.
    Giriş parametrlərinin özlərini üç yarımqrupa bölmək olar:
    • müəyyənedici (və ya mütləq),
    • idarəolunan (və ya nəzarət olunan)
    • həyacanlandırıcı giriş parametrləri.
    Müəyyənedici (və ya mütləq) giriş parametrlərinə emal edilən materialın markası,
    seçilmiş mexaniki emal üsulu, dəqiqliyə və emal keyfiyyətinə qoyulan tələblər və s.
    aiddirlər.
    İdarəolunan (və ya nəzarət olunan) parametrlərə məqsədyönlü şəkildə texnoloji
    proseslərin layihələndirilməsi zamanı seçilən və emal prosesində dəyişdirilə bilən
    parametrlər aiddirlər. Belə parametrlərə misal olaraq alət materialının markasını,
    kəsən alətin konstruksiyası və həndəsəsini, metalkəsən dəzgahın modelini, emal
    rejimlərini, SYM-lərin tərkibini, onların kəsmə zonasına verilməsi üsulunu və
    intensivliyini və s. kimi digər parametrləri göstərmək olar.
    Həyəcanlandırıcı parametrlərin özlərini şərti olaraq sistematik və təsadüfi olmaqla
    iki yarımqrupa bölmək olar. Sistematik həyacanlandırıcı parametrlərə kəsmə
    sürətinin və kəsmə dərinliyinin qanunauyğun dəyişməsini, emal edilən hissənin
    xüsusiyyətlərindən və kəsmə kinematikasından asılı olaraq kəsən alətin
    həndəsəsini və s. aid etmək olar. Təsadüfi həyacanlandırıcı parametrlərə misal
    olaraq pəstahın və kəsən alətin fiziki-mexaniki xassələrini, emal paylarını, texnoloji
    avadanlığın və texnoloji sistemin statik və dinamik xarakteristikalarını və s.
    göstərmək olar. Bu göstəricilər (parametrlər) emal prosesində nəzarət edilə
    bilməyən şəkildə dəyişkəndirlər.
    14. Funksional və çıxış parametrləri
    Kəsmə prosesinin fiziki-kimyəvi mexanizmini kəmiyyətcə xarakterizə edən parametrlər
    funksional parametrlər adlanır. Funksional parametrlər bununla da kəsmə prosesinin zamana
    görə baş verməsini müəyyən edirlər. Bu funksional parametrlərin köməyi ilə kəsmə
    qüvvəsinin təşkiledicilərini, kəsən alətin ön və arxa tillərində yaranan gərginliyi, prosesin nisbi
    enerji tutumunu qiymətləndirmək, materialın emaldan sonrakı vəziyyətinin fiziki-mexaniki
    inteqral göstəricilərini (deformasiya edilmənin gizli enerjisini, həmçinin nisbi deformasiyanı,
    səthin döyənəklənmə dərinliyini və s.) hesablamaq mümkündür.
    Çıxış parametrlərinə prosesin məhsuldarlığı, iqtisadi göstəriciləri, etibarlığı, emal dəqiqliyi və
    hissənin üst qatının keyfiyyət göstəriciləri aiddirlər.

    Download 0,68 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   20




    Download 0,68 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Kəsmə prosesinin struktur modelinin araşdırılması

    Download 0,68 Mb.
    Pdf ko'rish