|
Texnoloji proseslərin optimallaşdırılması konspekt Fənnin məqsədi və əsas məqsədləri m1 s12Bog'liq konspekt7. Məhdudiyyət şərtləri
Optimallaşdırma məsələsinin X həllinə daxil olan istənilən Xn həll elementi
istəniələn qiymət ala bilməz. İstənilən Xn elementi müəyyən fiziki qanunlardan,
texnoloji sistemin imkanlarından, optimallaşdırılan idarəetmə obyektinə qoyulan
tələblərdən və s. asılı olaraq hər hansı bir intervalda qiymət ala bilər. Bu səbəbdən
istənilən Xn elementi üçün məhdudiyyət və ya məhdudiyyət şərtləri qoyulur. Bu
məhdudiyyət şərtləri riyazi bərabərlik və ya qeyri-bərabərlik şəklində ifadə olunur.
Məhdudiyyət şərtləri məxsus olduqları obyektlərə görə müxtəlif ola bilər. Texnoloji
proseslər üçün ən çox təsadüf olunan məhdudiyyət şərtləri aşağıdakılardır:
• texniki məhdudiyyət: dəzgahın texniki göstəriciləri (əsas elektrik mühərrikinin
gücü, şpindelin dövrlər sayı, veriş, dəzgahın sərtliyi və s.), alətin texniki
göstəriciləri (davamlılıq, sərtlik, möhkəmlik və s.), tərtibatın texniki göstəriciləri
(dəqiqlik, sərtlik və s.);
• keyfiyyət məhdudiyyəti: tələb olunan hədlərdə dəqiqlik, səthin kələ-kötürlüyü,
mikrobərkliyi, qalıq gərginliklər, mikroçatlar və s.;
• funksional məhdudiyyət: texnoloji prosesin yerinə yetirilməsində prosesin
funksional əlamətləri kimi, kəsmə gücü, kəsmə temperaturu, elastiki deformasiya
və yerdəyişmələr və s.;
• texniki-iqtisadi məhdudiyyət: alətin sərfi, alətin yeyilməsi, məhsuldarlıq, maya
dəyəri və s.
8. Məqsəd funksiyası
Mövcud variantlar içərisindən lazım olanının seçilməsi optimal idarəetmənin təyini
məsələsinin qoyuluşuna gətirib çıxarır. Mövcud variantlar içərisindən birinin
seçilməsi əvvəlcədən müəyyən edilmiş kriteriyadan asılı olur. Ona görə də bu
kriteriya
məqsəd funksiyası adlanır. Məqsəd funksiyası idarəedilmə keyfiyyətini
kəmiyyətcə xarakterizə etdiyindən, ona keyfıyyət funksiyası, həmçinin
optimallaşdırma kriteriyası da deyirlər.
sərhəd şərtləri daxilində optimallaşdırma kriteriyası və ya məqsəd funksiyası
göstərilən şərti ödəməlidir:
|
| |