Çoxkriteriyalı optimallaşdırmanın tətbiqinin mürəkkəbliyi bilavasitə texnoloji proseslərin
layihələndirilməsi zamanı optimallaşdırma kriteriyasının seçilməsi problemi ilə müəyyən edilir.
Məsələn: optimal kəsmə rejimi elementlərinin müəyyən edilməsi üçün optimallaşdırma
kriteriyasının seçilməsi zamanı çətinliklər yaranır: belə ki, kəsmə prosesinin həm iqtisadi,
həm də fiziki kriteriyaları optimallaşdırma kriteriyası kimi qəbul edilə bilər.
17. Texnoloji proseslərin çoxkriteriyalı optimallaşdırma sisteminin
dekompozisiya edilməsi
Texnoloji proseslərin çoxsəviyyəli optimallaşdırılması sisteminin dekompozisiya edilməsi
aşağıdakı kimidir:
ierarxiya səviyyələrin və onların hər birisində həlləri tələb olunan məsələlər çoxluğu (bu
məsələlər lokal məsələlər adlanır) sayını tapmalı, harda ki, lokal məsələlər sistemi qlobal
məsələyə nisbətən koordinasiya edilmək imkanına malik olmalıdır. Bu zaman lokal məsələlər
sisteminin qlobal məsələyə nisbətən koordinasiya edilmək imkanı dedikdə, lokal məsələlərin
həllər çoxluğunun qlobal məsələnin həllinə uyğun olması başa düşülür. Bu məqsədlə qlobal
optimallaşdırma məsələsinin riyazi modelini tərtib etməyə çalışaq.
Tutaq ki, istehsal ediləcək hissənin hazırlanması ilə əlaqədar buraxıla bilən texnoloji həllərin
D çoxluğu aşağıda göstərilən məhdudiyyət şərtləri məcmusu şəklində verilmişdir:
F(x) – F0 0
Burada: F(x) - hissənin hazırlanması istehsal tsikli;
X çoxluğu – konstruksiyanın və istehsal sisteminin xüsusiyyətlərini, texnoloji məhdudiyyətləri
özündə əks etdirən məhdudiyət şərtləri məcmusu, x X;
F0 – sabit kəmiyyətdir
Buraxıla bilən D texnoloji həllər çoxluğunda: W = W(x) məqsəd funksiyası və ya
optimallaşdırma kriteriyası müəyyən edilmişdir.