• 26. Texnoloji proseslərin optimallaşdırılması metodları
  • Texnoloji proseslərin optimallaşdırılması konspekt Fənnin məqsədi və əsas məqsədləri m1 s12




    Download 0,68 Mb.
    Pdf ko'rish
    bet9/20
    Sana09.01.2024
    Hajmi0,68 Mb.
    #133336
    1   ...   5   6   7   8   9   10   11   12   ...   20
    Bog'liq
    konspekt

    24. Stoxastik proqramlaşdırma
    25. Optimallaşdırma proseslərini idarəetmə metodları
    Optimal adaptiv idarəetmə sistemlərinin tənzimləmə ilə adaptiv idarəetmə sitemlərindən fərqli
    mərhələləri aşağıdakılardırlar:
    kəsmə texnoloji sisteminin real vəziyyətinin müəyyən edilməsi, texnoloji sistemi optimal
    vəziyyətə gətirən həllin axtarılması və alınan nəticələrdən asılı olaraq idarəedilən
    parametrlərin dəyişdirilməsi.
    Bu mərhələlər bir səthin mexaniki emal prosesi zamanı dövri olaraq bir neçə dəfə təkrarlana
    bilər. Belə məsələlər əks əlaqəyə malik sistemlər üçün optimal idarəetmə metodları vasitəsi
    ilə həll edilirlər. Misal olaraq belə tip məsələnin iki mərhələyə bölünmüş həlli prosesinə baxaq.
    Birinci mərhələdə ilkin (aprior) həll seçilir. Bu həll məsələnin qoyuluşundan asılı olur. ikinci
    mərhələdə texnoloji sistemin real vəziyyətini müşahidə etdikdən sonra aşkarlanmış
    uzlaşmamaların nizamlanması (kompensə edilməsi) işləri yerinə yetirilir. Aprior və
    uzlaşdırma-nizamlama həlləri elə qarşılıqlı əlaqələndirilməlidir ki, bu iki mərhələ üçün inteqral
    kriteriyanın minimum qiyməti təmin edilə bilinsin.


    Həll olunan məsələdə ilkin həllin seçilməsi uzlaşdırma-nizamlama həllinin mövcud olmasını
    təmin etməlidir.
    26. Texnoloji proseslərin optimallaşdırılması metodları
    Texnoloji proseslərin optimallaşdırılması, ümumiyyətlə optimallaşdırma zamanı
    müxtəlif metod və üsullardan istifadə olunur. Təyinatına görə optimallaşdırma üsulları
    belə təsnif olunurlar:
    Parametrik optimallaşdırma – Bu üsuldan optimal texnoloji parametrlərin təyin edilməsi
    üçün istifadə edirlər.
    Struktur optimallaşdırma – texnoloji prosesdə əməliyyat, keçid və gedişlərin
    strukturunun, yəni onların ardıcıllığının təyin edilməsi məqsədi ilə bu üsuldan istifadə
    edilir.
    Funksional optimallaşdırma – Bu üsul həll olunan məsələlərin tipinə görə parametrik
    optimallaşdırmaya oxşardır. Lakin funksional optimallaşdırma zamanı texnoloji
    parametrlərin konkret optimal qiymətlərini deyil, bu parametrlərin bəzi arqumentlərdən
    asılı olaraq dəyişmə funksiyalarının tapılması tələb olunur.

    Download 0,68 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   20




    Download 0,68 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Texnoloji proseslərin optimallaşdırılması konspekt Fənnin məqsədi və əsas məqsədləri m1 s12

    Download 0,68 Mb.
    Pdf ko'rish