Texnoloji proseslərin optimallaşdırılması konspekt Fənnin məqsədi və əsas məqsədləri m1 s12




Download 0,68 Mb.
Pdf ko'rish
bet10/20
Sana09.01.2024
Hajmi0,68 Mb.
#133336
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Bog'liq
konspekt

27. Parametrik optimallaşdırma
Parametrik optimallaşdırma məsələsi maşınqayırma texnologiyasında ən çox istifadə olunan
məsələlərdən birisidir. Parametrik optimallaşdırma məsələlərindən əsasən müxtəlif texnoloji
əməliyyatlar üçün kəsmə rejimi elementlərinin optimal qiymətlərinin hesablanması üçün
istifadə edilir. Parametrik optimallaşdırma məsələlərindən həmçinin digər texnoloji
parametrlərin optimal qiymətlərini tapılması üçün də uğurla istifadə edilə bilər. Məsələn,
texnoloji əməliyyatlar üçün avadanlığın və ya alətin optimal xarakteristikalarının seçilməsi
məsələlərində və s. Hər hansı bir texnoloji məsələnin optimallaşdırılması prosesinə başlamaq
üçün onun riyazi qoyuluşunun tərtib edilməsi lazımdır. Parametrik optimallaşdırma
məsələsinin həlli aşağıdakı mərhələlərdən ibarətdir:
1. Optimallaşdırma parametrlərinin təyin edilməsi. Bu mərhələdə optimallaşdırılması tələb
olunan parametrlər müəyyən edilir. Bu parametrlər kəsmə rejimi elementləri, dəzgahın və ya
alətin xarakteristikaları və parametrləri və s. ola bilər. Bu zaman optimallaşdırılajaq
parametrlər dəqiqləşdirilməlidir.
2. Ən əhəmiyyətli texnoloji məhdudiyyət şərtlərinin seçilməsi. Mövcud texnoloji məhdudiyyət
şərtləri içərisindən emal edilən səthin keyfiyyətinə, prosesin idarə olunması təhlükəsizliyinə,
emal texnologiyası və istehsalın təşkilinə və s. birbaşa və kifayət qədər əhəmiyyətli dərəcədə
təsir göstərə bilənlər çeşidlənərək seçilirlər. Başqa sözlə desək bu mərhələdə prosesin riyazi
modelinin strukturu müəyyən edilir.
3. Optimallaşdırma kriteriyasının seçilməsi. Bu mərhələ öz əhəmiyyətinə görə digərlərindən
fərqlənir, çünki burada yerinə yetirilən optimallaşdırma məsələsinin məqsədi müəyyən edilir.
Optimallaşdırma kriteriyasının seçilməsi zamanı çoxlu sayda informasiyaların nəzərə
alınması və dəqiqləşdirilməsi kimi çox mühüm işlər layihəçi tərəfindən nəzərə alınmalıdır.
4. Texnoloji məhdudiyyətlərin riyazi modelinin tərtib edilməsi. Bu mərhələ öz əmək tutumuna
görə digər mərhələlərdən fərqlənir. Riyazi modellər, onların təsnifatı, alınması üsulları və
tətbiq edilməsi şərtləri ilə növbəti mühazirələrimizdə ətraflı tanış olacağıq. Qeyd etmək
lazımdır ki, texnoloji məhdudiyyətlərin riyazi modelləri optimallaşdırma parametrləri ilə
məhdudiyyətlər
arasında
funksional
asılılığı
ifadə
etməlidirlər.
Maşınqayırma


texnologiyasında riyazi modellərin tərtib edilməsi zamanı onun səmərəliliyini artırmaq üçün
təcrübəli texnoloq, riyaziyyatçı və proqramçıların birgə çalışması lazımdır.
5. Optimallaşdırma məsələsinin həlli metodunun seçilməsi. Bu mərhələdə seçilən
optimallaşdırma məsələsinin həlli metodunun öyrənilməsi ilə yanaşı, texnoloqun alınan
nəticənin dəqiqliyinə qoyduğu tələbatı, nəticələrin gözlənilməsi müddəti, hesablama texnikası
vasitələrinin imkanları və s. nəzərə alınmalıdır.
6. Optimallaşdırma metodunun tətbiqi və ya optimallaşdırma məsələsinin həlli.
Optimallaşdırmam məsələsini həll etmək məqsədi ilə EHM-lər üçün proqram tərtib edilir.
EHM-ə veriləcək informasiyaların və alınacaq nəticələrin formaları uzlaşdırılır, texnoloji
məhdudiyyətlərin riyazi modelləri dəqiqləşdirilir və s.

Download 0,68 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Download 0,68 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Texnoloji proseslərin optimallaşdırılması konspekt Fənnin məqsədi və əsas məqsədləri m1 s12

Download 0,68 Mb.
Pdf ko'rish