|
Texnoloji proseslərin optimallaşdırılması konspekt Fənnin məqsədi və əsas məqsədləri m1 s12Bog'liq konspekt28. Mexaniki
emal
texnoloji
proseslərinin
parametrik
optimallaşdırılması
Mexaniki emal texnoloji proseslərinin parametrik optimallaşdırılmasına misal olaraq optimal
kəsmə rejimi parametrlərinin hesablanmasını göstərmək olar. Bu qrupa daxil olan
məsələlərdən biri olan təmiz torna emalında bir kəskili sazlama halı üçün kəsmə rejimi
parametrlərinin optimal qiymətlərinin hesablanması metodikasını nəzərdən keçirək. Bu halda
optimallaşdırma parametri kimi şpindelin fırlanma tezliyi və supportun verişi qəbul edilir.
Birinci mərhələdə məhdudiyyətin tərkibi və onların funksional tənliklərlə riyazi modelləri tərtib
edilir.
29. Struktur optimallaşdırma
Təyinatına görə optimallaşdırma üsulları belə təsnif olunurlar:
Parametrik optimallaşdırma – Bu üsuldan optimal texnoloji parametrlərin təyin edilməsi üçün
istifadə edirlər.
Struktur optimallaşdırma – texnoloji prosesdə əməliyyat, keçid və gedişlərin
strukturunun, yəni onların ardıcıllığının təyin edilməsi məqsədi ilə bu üsuldan istifadə
edilir.
Dəzgahın modelinin seçilməsi misalında struktur optimallaşdırılması məsələsinin
qoyuluşuna baxaq. Dəzgahın modelinin seçilməsində aşağıdakilari nəzərə almaq lazım
gəlir:
- emalın növü (torna, frezləmə, burğulama, dartma, pardaqlama və s.);
- əməliyyatda keçidlərin məzmunu (burğulama, yivaçma və s.);
- dəzgahın işçi zonası ölçüləri (mərkəzlərin hündürlüyü, mərkəzlər arası məsafə,
stolun hərəkət uzunluğu və s.);
- dəzgahın enerji və kinematik imkanları (mühərrikin gücü, 97 şpindelin dövrlər sayı
sırası, verişlər sırası və s.);
- dəzgahın sərtliyi;
- iqtisadi əlverişli emal dəqiqliyi;
Funksional optimallaşdırma – Bu üsul həll olunan məsələlərin tipinə görə parametrik
optimallaşdırmaya oxşardır. Lakin funksional optimallaşdırma zamanı texnoloji parametrlərin
konkret optimal qiymətlərini deyil, bu parametrlərin bəzi arqumentlərdən asılı olaraq dəyişmə
funksiyalarının tapılması tələb olunur.
|
| |