32. Dinamiki proqramlaşdırma Optimal idarəetmə məsələlərindən bir çoxunda idarəolunan sistemlərin işinin m zaman
müddətində (addımında) planlaşdırılması işinin ən yaxşı variantının tapılması tələb olunur. Bu
zaman x1,x2,...,xn həllərinin qəbul edilmə ardıcıllığı ciddi şəkildə gözlənilməlidir. Bu tip
çoxaddımlı idarəetmə məsələlərinin həlli üçün xüsusi dinamiki proqramlaşdırma metodundan
istifadə edirlər.
Dinamiki proqramlaşdırma metodu çox geniş imkanlara malik olan optimal idarəetmə
metodudur. Bu metoddan tamrəqəmli məsələlərin, məhdudiyyət şərtləri və məqsəd funksiyalı
ixtiyari şəkildə, o cümlədən alqoritmik şəkildə verilmiş məsələlərin həllində istifadə etmək
mümkündür. Məlumdur ki, buraxıla bilən həllər oblastına qoyulan məhdudiyyət şərtləri digər
optimallaşdırma məsələlərində məsələnin həllini çətinləşdirir. Dinamiki proqramlaşdırma
metodunda isə əksinə olaraq bu şərtlər məsələnin həllini bir az da asanlaşdırır, çünki bu
halda mümkün həllərin sayı məhdudiyyət şərtlərinin sayından asılı olaraq azalır. Bu isə
hesablama işlərini asanlaşdırır. Dinamiki proqramlaşdırma metodunda, həmçinin lokal və
qlobal ekstremumlar problemi də mövcud deyildir. Çünki bu metodun həllinin gedişindən
aydın olur ki, məsələnin həlli yalnız qlobal ekstremumda axtarılır. Bütün bunlara baxmayaraq
dinamiki proqramlaşdırma metodunun tətbiqini standart proseduralar vasitəsi ilə həyata
keçirmək mümkün olmur. Məsələnin həlli üçün onun EHM-lərə verilmə mərhələsinə şatana
qədər uyğun formul və ifadələrin alınması tələb olunur ki, bu da çox mürəkkəb bir məsələdir.
33. Dairəvi pardaqlama texnoloji əməliyyatı üçün optimal idarəetmə qanununun axtarılması alqoritmi Səh.113-116 9cu slide 34. Texnoloji proseslərin çoxsəviyyəli optimallaşdırılması Texnoloji proseslərin struktur optimallaşdırılmasında ümumidən xüsusiyə doğru istiqamətdə
çoxsəviyyəli optimallaşdırma yerinə yetirilir. Bir qayda olaraq 3 struktur optimallaşdırma
səviyyəsində məsələ həll edilir. Struktur optimallaşdırılmasının birinci səviyyəsində əməliyyat
və onun yerinə yetirilməsi üçün avadanlıq, ikinci səviyyədə mövqe və onun yerinə yetirilməsi
üçün tərtibat, üçüncü səviyədə isə keçid və onun yerinə yetirilməsi üçün alət seçilir.
Avadanlıq, tərtibat, alət seçildikdən sonra müəyyən olunmuş strukturlu əməliyyatlar üçün
müxtəlif parametrlər, məsələn emal payları, əməliyyatlararası emal payları və ölçü
müsaidələri, kəsmə rejimi parametrləri optimallaşdırılır.
Optimallaşdırma xarici və daxili kimi növlərə ayrılır
Daxili optimallaşdırmada texnoloji sistemin çıxışında çıxış parametrlərinin dəyişməsi əks
əlaqə hesabına giriş parametrlərinə təsir edir və nəticədə giriş parametrləri çıxış
parametrlərinin optimal səviyyələrdə saxlanılmasını təmin edir. Bu cür optimallaşdırma
adaptiv idarəetmə vasitələri ilə yerinə yetirilir.
Xarici optimallaşdırmada isə, giriş parametrlərinin optimal qiymətləri prosesdən kənarda
hesabat üsulları ilə təyin edilir. Bu üsul texnoloji proseslərin layihələndirilməsi mərhələsində
tətbiq edilir.