• Funksional riyazi modellər
  • 37. Riyazi modellərin obyektin xüsusiyyətlərini təsvir etmə üsuluna görə təsnifatı
  •  Riyazi modellərin obyektin xüsusiyyətlərini əks etdirmə




    Download 0,68 Mb.
    Pdf ko'rish
    bet15/20
    Sana09.01.2024
    Hajmi0,68 Mb.
    #133336
    1   ...   12   13   14   15   16   17   18   19   20
    Bog'liq
    konspekt

    36. Riyazi modellərin obyektin xüsusiyyətlərini əks etdirmə
    xarakterinə görə təsnifatı
    I. Obyektin xüsusiyyətini əks etdirmə xarakterindən asılı olaraq riyazi modellər iki növə
    bölünürlər:
    a) Struktur modellər – obyektin struktur xüsusiyyətlərini əks etdirən obyektlər adlanırlar.
    Topoloji və həndəsi struktur modelləri mövcuddur.


    Topoloji struktur modellər tədqiqat obyektinin tərkibi və tərkib elementləri arasındakı qarşılıqlı
    əlaqəni əks etdirirlər. Topoloji modellərdən bu elementlərin müəyyən fəza mövqelərinə
    (məsələn, avadanlığın kompanovkası, hissələrin yerləşdirilməsi məsələləri) və ya nisbi
    zaman anlarına (məsələn, texnoloji proseslərin işlənməsi, qrafiklərin tərtibi zamanı)
    bağlanması məsələlərinin həlli zamanı, çoxlu sayda elementlərdən ibarət olan obyektlərin
    təsvir etmək məqsədi ilə istifadə edilir. Topoloji modellər qraflar, cədvəllər və s. formasında
    təsvir edilə bilər.
    Həndəsi struktur modellərində elementlərin bir-birlərinə nəzərən qarşılıqlı yerləşməsi
    məlumatlarına əlavə olaraq həmçinin hissələrin formaları haqqında məlumatlar da verilir.
    Həndəsi modellər xətti və səthi bərabərliklərin məcmusu, tipik konstruktiv elementlərin
    konstruksiyasını təsvir edən siyahılar və s. şəklində verilə bilərlər.
    b)
    Funksional riyazi modellər obyektlərin hazırlanması və ya onların fəaliyyəti zamanı baş
    verən fiziki proseslərin təsvir edilməsi məqsədi ilə tərtib edilirlər. Sadə funksional modellər
    adətən adi bərəbərliklər sistemindən ibarət olurlar. Tədqiqat obyektinin fiziki mahiyyətindən
    asılı olaraq mexaniki, kimyəvi, istilik-fiziki və s. modellər mövcuddurlar.
    37. Riyazi modellərin obyektin xüsusiyyətlərini təsvir etmə üsuluna
    görə təsnifatı
    II. Obyektin xüsusiyyətini təsvir etmək üsuluna görə modellər analitik, alqoritmik və imitasiya
    modelləri olmaqla üç qrupa bölünürlər.
    a) Analitik modellər açıq riyazi ifadələr vasitəsi ilə təsvir edilirlər. Bu tip modellər iqtisadi
    baxımdan yüksək əhəmiyyət kəsb edirlər. Qeyd etmək lazımdır ki, analitik modellri yalnız bəzi
    xüsusi hallarda, əhəmiyyətli dərəcədə qəbul edilmiş fərziyyə və gümanlara görə tərtib etmək
    mümkün olur. Bu isə onların dəqiqliyini xeyli aşağı salır.
    b) Alqoritmik modellər tədqiqat obyektinin parametrləri və onlar arasında olan mövcud
    əlaqələri alqoritm şəklində ifadə edirlər. Alqoritmik modelə misal olaraq obyektin çıxış
    parametrlərini həll elementləri vasitəsi ilə təsvir edən bərabərliklər sistemini göstərmək olar.
    Bu bərabərliklər sisteminə onun hesabi həlli metodu - alqoritmi əlavə edilir.
    c) İmitasiya modeli dedikdə tədqiqat obyektinə xarici təsirlər olduqda bu obyektin zamana
    görə hərəkət tərzini xarakterizə edən alqoritmik modellər nəzərdə tutulur. İmitasiya
    modellərindən canlı operatorun (insanın) dövri olaraq müdaxilə və müxtəlif anlarda yaranmış
    vəziyyətdən asılı olaraq qərar qəbul etdiyi proseslərin idarə edilməsi məqsədi ilə
    modelləşdirmə aparılan zaman istifadə edirlər. Növbəti mərhələdə bu həllin hansı ardıcıllıqla
    yerinə yetirildiyini özündə əks etdirən riyazi model tərtib edilir. Bu halda artıq yaranmış yeni
    vəziyyəti nəzərə alan həlli qəbul etmək lazım gəlir. İmitasiya prosesinin çoxlu sayda təkrar
    edilməsi nəticəsində operator müəyyən təcrübə əldə edir ki, bunun nəticəsində də optimal
    həllə yaxın olan həllin tapılması mümkün olur.

    Download 0,68 Mb.
    1   ...   12   13   14   15   16   17   18   19   20




    Download 0,68 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Riyazi modellərin obyektin xüsusiyyətlərini əks etdirmə

    Download 0,68 Mb.
    Pdf ko'rish