dəqiqliklə halını daha əhəmiyyətli sayıla biləcək faktorlardan və parametrlərdən asılı olaraq
xarakterizə edirlər.
b) Empirik modellər müəyyən sayda təcrübələrin aparılması və bu təcrübə nəticələrinin riyazi
metodlarla işlənməsi nəticəsində tərtib edilirlər.
c) Kombinə edilmiş riyazi modellərin əsasını baxılan məsələnin nəzəri həlli metodları təşkil
edirlər. Lakin əksər aprior nəzəri ehtimal və gümanlar, sxemləşdirmələr təcrübə yolu ilə
alınmış nəticələrlə əvəz edilirlər. Alınmış yekun nəticələr isə ya aparılan birbaşa təcrübə
nəticələri ilə (əgər bu mümkün olarsa) təsdiq edilir və ya dolayı yol ilə praktiki nəticələr ilə
uyğunlaşdırılır.
39. Nəzəri riyazi modellərin alınması metodları
Belə metodlara misal olaraq Qrin funksiyası metodu, potensiallar metodu, dəyişənlərin
bölüşdürülməsi metodu və s. göstərmək olar. Bu metodlardan istifadə etməklə texnoloji
sistemlərdə baş verən fiziki prosesləri idarə etmək məqsədi ilə onların parametrləri arasında
əlaqəni əks etdirən nəzəri riyazi modelləri tərtib etmək mümkündür. Texnoloji proseslərin
idarə edilməsi məqsədi ilə tərtib edilmiş nəzəri riyazi modellərin tərtib edilməsi zamanı,
həmçinin elastiklik nəzəriyyəsi, deformasiyalar nəzəriyyəsi, materiallar müqaviməti,
materialşünaslıq və s. kimi elmlərin tədqiqat nəticələrindən də istifadə edirlər.
40. Empirik riyazi modellərin alınması metodları.
Qeyd edək ki, aparılan təcrübələrin nəticələrinə əsaslanaraq texnoloji sistemlərdə baş verən
fiziki prosesləri təsvir edən empirik riyazi modelllərin tərtib edilməsi üçün ən kiçik kvadratlar
üsülundan fərqli başqa riyazi metodlar da mövcuddur. Empirik riyazi modellərin çatışmayan
əsas cəhəti ondan ibarətdir ki, bu modellər məhdud və bu modelin tərtibi üçün istifadə edilən
təcrübələr seriyasının aparıldığı konkret texnoloji emal şəraiti üçün yararlıdır. Başqa sözlə
desək, empirik riyazi modellər texnoloji sistemləri təsvir edən ümumi fizikə əlaqələri
xarakterizə etmirlər.