|
Marketinq fəaliyyətinin sistemli təhlili
|
bet | 1/3 | Sana | 19.12.2023 | Hajmi | 47,43 Kb. | | #123488 |
Bog'liq referat 1273
Marketinq fəaliyyətinin sistemli təhlili
«Marketinq» termini ingilis sözü «market»dən yaranmış və hərfi tərcüməsi «bazar», «bazar fəaliyyəti», «satış bazarı sferasında fəaliyyət» mənasını verir.
Müasir klassik iqtisad məktəblərində marketinq anlayışına baxış eyni deyildir. Aşağıda ona verilən təriflərin bəzilərini qeyd edək.
Marketinq:
-iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir;
-klassik baxımdan, o, ilk növbədə məhsulların istehsalçılardan istehlakçılara çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidir;
-bazarın tələbatının öyrənilməsinə və onun aktiv qeydiyyatına (uçotuna) yönəldilmiş müəssisədaxili idarəetmənin alt sistemidir;
-bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin müəssisələrində idarəetmə üsulu olmaqla, tələbat amillərinin öyrənilməsi və aktiv qeydiyyatının həyata keçirilməsidir;
-əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması prosesində yerinə yetirilən müxtəlif fəaliyyətlərin məcmusudur;
-ehtiyac və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönələn insan fəaliyyəti növüdür;
-bazarın idarə edilməsi konsepsiyasıdır və s.
Başqa sözlə, marketinq istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyyətini, çeşidi və istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir.
Marketinq istehsalı istehlakçıya səmt götürməyi, bunlar arasında normal əlaqənin yaradılmasını və mütərəqqiləşməsini qarşıya mühüm məqsəd kimi qoyur.
Marketinq bir tərəfdən bazar üçün istehlakçıların cins-yaş tərkibini səhih, hərtərəfli araşdırmaqla insanların tələbini, zövqünü. tələbatını ödəyir, digər tərəfdən o, bununla bazarın inkişafına fəal təsir göstərir, tələbatın formalaşmasına xidmət edir.
Beləliklə, marketinq fəaliyyəti əsasən aşağıdakılara yönəldilir:
Bazarın kompleks öyrənilməsinə;
Əmtəə çeşidlərinin təsnifatlı olmasına;
Mövcud tələbatların tam təmin edilməsi üçün tədbirlərin işlənilməsinə;
Təmin olunmayan təlimatların üzə çıxarılmasına;
Potensial tələbatların dinamikasının aşkar edilməsinə və təhlilinə;
Bazar təchizatının planlaşdırılmasına;
İstehsalın və xidmətin təşkilinə və idarə edilməsinə.
Marketinqin taktikası və strategiyasının özünəməxsus prinsipləri vardır. O, bazara aid cari praktiki məsələləri yerinə yetirməklə bərabər, strateji planda intensiv fəaliyyət göstərir. O, istehsal və ticarət müəssisələrinin, qurumların uzunmüddətli məqsədlərinə uyğun olaraq onların satış fəaliyyətləri üzrə müsbət, son təsərrüfat nəticələrinə nail olmasına səmt götürməlidir. Bu məqsədlə o, proqnozlaşdırma funksiyasını da yerinə yetirir. Proqnozlaşdırma müxtəlif istiqamətlərdə aparılır. Bunlardan iqtisadi, konyuktor, elmi-texniki istiqamətləri göstərmək olar. İqtisadi proqnozlaşdırma uzun müddət götürülür və adətən dövlət səviyyəsində həyata keçirilir.
|
| |