Marketinqin idarə edilməsi dedikdə, məqsədə çatmaq üçün alıcılarla sərfəli mübadilənin yaradılmasına, möhkəmləndirilməsinə və saxlanılmasına yönəldilmiş tədbirlərin təhlili, planlaşdırılması, həyata keçirilməsi və nəzarət başa düşülür. Marketinqin planlaşdırılması, təşkili və nəzarət sisteminin qarşılıqlı əlaqəsini sxematik olaraq aşağıdakı kimi göstərə bilərik.
Marketinqin planlaşdırılması, təşkili və nəzarət
sistemi arasında qarşılıqlı əlaqə
Planlaşdırma Təşkil Nəzarət
Nəticələrin ölçülməsi
nəticələrin təhlili
təshihlər
Planların həyata keçirilməsi
Strateji planların işlənməsi
marketinq planlarının
işlənməsi
Sxemdən göründüyü kimi, planlaşdırma iki hissədən ibarətdir:
Strateji planların işlənməsi.
Marketinq planlarının işlənməsi.
Strateji planlaşdırma – marketinq sahəsində firmanın məqsədləri, potensial imkanları və şəxsləri arsında strateji uyğunluğun yaradılması və saxlanılmasının idarə edilməsi prosesidir. Strateji planlaşdırmanın mərhələlərini və qarşılıqlı əlaqələrini sxematik olaraq aşağıdakı kimi göstərə bilərik.
Strateji planlaşdırmanın mərhələləri və qarşılıqlı əlaqələri
Firmanın inkişafının stragiyası
İstehsalın inkişaf proqramı
Firmanın
məqsədi və vəzifələri
Firmanın
proqramı
|