|
RadiOİdarəetmə SİstemləRİ 13
|
bet | 3/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)13.3. Tuşlama metodları
Mərminin hədəfə avtomatik tuşlanması hədəfin və mərminin φm(x,y,z) koordinatları arasındakı fərq
qeyri-əlaqələnmə siqnalı yaradır. Bu siqnal mərminin hərəkətini elə idarə edir ki, koordinatlar arasındakı fərq sıfra qədər azalır və mərminin hədəfə düşməsi təmin edilir. Qeyri-əlaqələnmə siqnalının yaranma qaydası tuşlanma metodu və mərminin hədəfə yaxınlaşma (kinematik) trayektoriyası ilə təyin edilir.
Mərminin real hərəkəti dinamik (DT) və faktik (FT) trayektoriyalar üzrə baş verir. Bu trayektoriyalar mərminin ətalətliliyini idarə sisteminin xüsusiyyətlərini və xarici maneələrin təsirini nəzərə alır. Mərminin hədəflə görüşünə qədər uçduğu trayektoriya kinematik trayektoriya (KT) adlanır (şək.13.6).
Şək.13.6. Kinematik trayektoriya
Əgər bütün uçuş müddətində mərmi idarə nöqtəsi ilə hədəfi birləşdirən düz xətt üzərində saxlanarsa, belə tuşlanma üç nöqtəli tuşlanma adlanır.
Tuşlanmada yalnız mərmi və hədəf iştirak edərsə, belə tuşlanma metodu ikinöqtəli metod adlanır. Mərminin əvvəlcədən seçilmiş nöqtəyə düşməsini təmin edən ikinöqtəli tuşlanmanın bir neçə metodu mövcuddur: sabit qabaqlama və paralel yaxınlaşma metodları.
Sabit qabaqlama metodu realizə edildikdə hərəkət zamanı mərminin sürət vektoru ilə mərmi və hədəfi birləşdirən düz xətt arasındakı bucaq sabit olmalıdır (şək.13.7). Bu bucaq qabaqlama bucağı adlandırılır və o, sıfır olduqda tuşlanma xalis izlənmə adlanır.
Şək.13.7. Sabit qabaqlama metodu
Bu üsulla böyük sürətlə uçan hədəfi qabaqlamaq çox çətindir, çünki hədəf ilə mərmi bir-birinə yaxınlaşdıqca mərminin trayektoriyası kəskin əyilir, yəni əyrilik radiusu azalır. Bu, mərmiyə təsir göstərən qüvvələrin artmasına, yəni həddən artıq yüklənməsinə səbəb olur ki, nəticədə mərmi öz hərəkət trayektoriyasından çıxa bilər.
Paralel yaxınlaşma metodu realizə edildikdə mərmi hərəkət etdikcə onu hədəf ilə birləşdirən düz xətt özünə paralel olaraq sürüşür (şək.13.8). Bu halda mərminin trayektoriyası düzxətli olur və ona heç bir qüvvə təsir etmir və hərəkət daha dayanıqlı olur.
Şək.13.8. Paralel yaxınlaşma metodu
Şək. 13.9. İdarə olunan obyektlər.
KV- komanda vericisi, HHQ-hesablama –həlledici qurğu
|
| |