|
Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar
|
bet | 1/39 | Sana | 09.03.2021 | Hajmi | 164,33 Kb. | | #13199 |
Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində
Bakı Dövlər Rabitə və Nəqliyyat kolleci
Elektron mühazirə
Fənn: Politalogiya
Müəllim Sərvərov Bəxtiyar
BAKI-2020
1. Politologiyanın kateqoriyaları, metodu, funksiyaları və humanitar elmlər sistemində yeri
Siyasət və siyasi münasibətlər haqqında biliklərin tarixi çox qədim olsa da, erkən dövrlərdə onlar bütövlükdə sinkretik elmi biliklərin tərkib hissəsi kimi çıxış edirdi. Təsadüfi deyildir ki, qədim dövrün mütəfəkkirləri eyni zamanda həm filosof və təbiətşünas, həm siyasətşünas və həm də siyasətçi olurdular. Yalnız 18-ci əsrin ortalarında təbiət elmləri və əxlaq elmləri bir-birindən fərqlən - dirilməyə başladı, 19-cu əsrdən etibarən isə əxlaq elmləri qəti surətdə sosial elmlər adlandırıldı. Siyasət haqqında elmin sosial elmlərin ayrıca bir qolu kimi təşəkkül tapması məhz həmin dövrə təsadüf edir. Politologiyanın bir tədris fənni kimi meydana gəlməsi Frensis Leyberin adı ilə bağlıdır. Onun 1857-ci ildən ABŞ-ın Kolumbiya universitetində siyasət nəzəriyyəsi üzrə oxuduğu mühazirələr burada 1880-ci ildə Çon Bercess tərəfindən ali siyasi məktəb yaradılması üçün zəmin hazırladı. Sonralar Çon Hopkins universiteti və ABŞ-ın digər aparıcı tədris müəssisələri də həmin təşəbbüsə qoşularaq, politologiya şöbələrini təsis etdilər. Göründüyü kimi, müstəqil bir fənn kimi politologiyanın tarixi yüz əlli ildən bir az çoxdur. Lakin onun coşqun inkişafı 20-ci yüzilətəsadüf edir. 1903-cü ildə Amerika siyasi elmlər assosiasiyasının (ASEA), 1949-cu ildə isə YUNESKO-nun nəzdində Beynəlxalq siyasi elmlər assosiasiyasının yaradılması politologiyanın bir elm və tədris fənni kimi geniş inkişafına güclü təkan verdi. Qeyd etmək lazımdır ki, politoloqlar ilk öncə pozitivizm mövqelərindən çıxış edərək, başlıca diqqəti siyasi sistemin formal təsisatlarının tədqiq edilməsinə yönəldirdilər. Belə ki, ayrı-ayrı siyasi tədqiqatlarda əsas etibarilə tarix, qanunvericilik sənədlərinə və digər yazılı mənbələrə əsaslanaraq, idarəetmə sistemlərinin strukturunu müəyyən edən əsaslı qanunları öyrənən siyasi elm xadimləri parlament idarəçiliyi sistemlərinin, prezident hakimiyyətinin, konstitusiyaların və i.a. tədqiq edilməsinə xüsusi diqqət yetirirdilər. Lakin tezliklə aydın oldu ki, qeyri-formal təşkilatları və siyasi prosesin iştirakçısı olan insanların davranışını öyrənmədən həmin təsisatları həqiqətdə olduğu kimi anlamaq mümkün deyildir. Sübut olundu ki, bunlar formal strukturların və onlara arxalanan siyasi qüvvələrin fəaliyyətinə böyük təsir göstərirlər. Nəticədə 20-ci əsrin ilk rübündə siyasi tədqiqatların istiqaməti dəyişdi. İdarəetmə sisteminə cəlb olunmuş fərdlərin və qrupların davranışına maraq artdı. Buna uyğun olaraq, siyasi tədqiqatlarda istifadə olunan informasiya mənbələri və tədqiqat metodları dəyişdi. Seçici, mənafe qrupları və s. diqqət mərkəzinə keçdi, şəxsi müşahidə, anketləşdirmə, seçkilərin nəticələrinə dair icmallar əhəmiyyət kəsb etməyə başladı. İkinci dünya müharibəsindən sonra Qərbdə sosial elmlərdə baş verən "davranış inqilabı" müasir politologiyanın təşəkkül tapmasında mühüm rol oynadı. Kibernetikanın yaranması siyasi proseslərin, siyasi sistemlərin inkişafının modelləşdirilməsi, onların qanunauyğunluqlarının və qarşılıqlı əlaqələrinin üzə çıxarılması üçün zəmin hazırladı. Riyazi, statistik metodların, modelləşdirmənin tətbiq edilməsi nəticəsində politologiya ABŞ-da dəqiq elm statusu aldı. Bu dövrdən etibarən kompüterlər sürətlə politologiyaya nüfuz etməyə başladı. Yeni tədqiqat metodu həmçinin kütləvi səviyyədə siya davranışın, deməli, həm də siyasi proseslərin real parametrlərini və səbəblərini, siyasi sistemlərin fəaliyyət mexanizmlərini müəyyən etməli idi. Buradan çıxış edən politoloqlar başlıca diqqəti dövləthüquq təsisatlarının və siyasi təsisatların formal-hüquqi təhlilinə, yaxud cəmiyyətin siyasi təşkilinin formal strukturunun tədqiq edilməsinə deyil, siyasi proseslərin iştirakçısı olan insanların davranışının müxtəlif cəhətlərinin öyrənilməsinə yönəltdilər. Politologiya dəyərlərdən və ideologiyadan kənar elan edildi və dəqiq elmlərin metodları burada geniş tətbiq olunmağa başlandı. Bununla əlaqədar olaraq, siyasi elm demək olar bütün sosial elmlərin qovuşuğunda fəaliyyət gostərən "fənlərarası" bir elm kimi antropologiya, psixologiya, sosiologiya, tarix və i.a. ilə sıx əlaqədə inkişaf etməyə başladı. O, kütləvi hərakatları və geniş sosial prosesləri daha hərtərəfli öyrənmək imkanı əldə etdi. Siyasi sistemlərin, təsisatların, partiyaların, hakimiyyət orqanlarının, siyasi proseslərin və seçkilərin fəaliyyət mexanizimi, seçicilərin davranışı, səsvermənin nəticələri və i.a. öyrənilməsi sahəsində böyük uğurlar qazanıldı. Zaman göstərdi ki, tədqiqat aparatının mükəmməliyinə baxmayaraq, pozitivizm və onun metodologiyasına əsaslanan bixeviorçuluq (ingilis dilində "davranış" deməkdir) siyasi proseslərin və fenomenlərin bütün rəngarəngliyini əhatə etmək və açıb göstərmək iqtidarında deyildir. Ancaq eksperiment yolu ilə təsdiq edilən, yaxud formal-məntiqi və ya riyazi formallaşdırma metodlarının köməyi ilə əldə edilən faktların düzgün olduğunu elan edən pozitivizim dəyər, dünyagörüşü, ideoloji xarakterli müddəaları bir kənara atırdı. Məhz buna körə də müharibədən sonrakı illərdə tətbiqi sosiologiya, sosioloji pozivitizim metodları siyasi elmin ayrılmaz tərkib hissəsi olmuşdu. Belə bir təsəvvür hakim olmuşdu ki, guya elm cəmiyyətin sosial-iqtisadi problemlərini həll etməyə qadir olan bir qüvvədir. Buna əsasən elan edilirdi ki, dövlət, siyasi sistem cəmiyyətin qarşısında duran məqsədlərə uyğun olaraq təkmilləşdirilə, dəyişdirilə bilən bir mexanizmdir, siyasi elmin başlıca vəzifəsi isə bu mexanizmi tənzim etməyin optimal metodlarını axtarıb tapmaqdan ibarətdir.
Politoloji tədqiqatların aparılması metodlarına münasibətdə davam edən fikir ayrılıqlarına 60-70-ci illərdə dünyada baş vermiş bir sıra hadisələr, o cümlədən ABŞ-Vyetnam müharibəsi, sürətlə silahlanmanın yeni mərhələyə qədəm qoyması, ətraf mühitin çirklənməsi və i.a. da öz təsirini göstərdi. Bu qəbildən olan neqativ hadisələrin qarşısını vaxtında ala bilməməkdə özlərini təqsirkar hesab edən bir çox görkəmli politoloqlar bu elmin gələcəyi haqqında intensiv mübahisələr aparmağa məcbur oldular. Təsadüfi deyildir ki, bu illər politologiyada "ruhların axtarışı" dövrü adlanır. Bütün bunlar politologiyada nəzəri əsası dirçəltmək və onu empirik tədqiqat metodları ilə sintez etmək məqsədini güdən postpozitivizmin yayılması üçün zəmin yaratdı. Sübut olundu ki, siyasi elmin özü də dəyərlərdən və deməli, ideoloji xarakterdən məhrum deyildir. Məhz bu dövrdən etibarən politoloqların siyasətə göstərdikləri təsir real səciyyə daşımağa başladı.
Siyasi elmin əhatə dairəsi ilə əlaqədar diskussiyaların ümumi məcraya yönəldilməsində, politoloji tədqiqatların başlıca istiqamətlərinin müəyyənləşdrilməsində 1948-ci ildə YUNESKOnun ekspertlər qrupunun təklifi əsasında qəbul edilmiş qətnamə ümumiyyətlə politologiyanın beynəlmiləl elm və tədris fənni sifətində mövqeyinin möhkəmlənməsində xüsusi mərhələ hesab edilməlidir. Həmin qətnamə ilə politoloji tədqiqatların və bütövlükdə bir elm kimi politologiyanın aşağıdakı istiqamətləri göstərilmişdir: 1) Siyasi tarix; 2)Siyasi təsisatlar; 3)Partiyalar, qruplar və ictimai rəy; 4) Beynəlxalq münasibətlər. Hazırda politologiya tədris fənni kimi dünyanın qabaqcıl ölkələrinin əksəriyyətində ali məktəblərin dərs proqramlarına daxil edilmişdir. Bundan əlavə, istər bütövlükdə dünya miqyasında, istərsə də ayrı-ayrı ölkələrdə politologiya sahəsində tədqiqat aparan alimləri birləşdirən geniş mütəxəssislər şəbəkəsi mövcuddur. Qərbin əksər ölkələrində politoloqların ümummilli peşə təşkilatları və birlikləri fəaliyyət göstərir. Amerika siyasi elmlər assosiasiyası, İngiltərə siyasi təşkilatlar assosiasiyası, Fransa siyasi elmlər milli fondu və s. bunların daha məşhur olanlarıdır. 1949-cu ildə yaradılmış və öz tərkibində həm milli assosiasiyaları, həm də fərdi qaydada daxil olan çoxsaylı üzvləri birləşdirən YUNESKO-nun nəzdindəki Beynəlxalq siyasi elmlər assosiasiyası üç ildə bir dəfə öz konqresini keçirir, referativ və biblioqrafik bülletenlər dərc edir və i.a. Deyilənlərdən əlavə, politologiyanın bu və ya başqa problemləri ilə məşğul olan regional birliklər (məsələn, Avropa siyasi tədqiqatlar konsorsiumu və s.) də mövcuddur. Politoloji tədqiqatların daha geniş vüsət aldığı ABŞ-ın özündə Amerika siyasi elmlər assosiasiyası ilə yanaşı, Amerika siyasi fəlsəfə və hüquq fəlsəfəsi cəmiyyəti, Beynəlxalq tədqiqatlar konfransı, Universitetlərarası siyasi tədqiqatlar konsorsiumu, Siyasi tədqiqatlar təşkilatı və s. politoloji tədqiqatlar aparmaqla məşğuldurlar. ASEAnın məlumatına görə, politologiya hazırda ABŞ-da 27 müstəqil ixtisas sahəsini əhatə edir. Keçmiş SSRİ məkanında yaranmış müstəqil dövlətlərdə, o cümlədən Azərbaycanda politologiyanın elm sahəsi və tədris fənni kimi tarixi 90-cı illərin əvvəllərindən başlayır. Buna baxmayaraq bu qısa vaxt ərzində o, vətəndaşlıq hüququ qazana bilmişdir. Politologiya sahəsində tədqiqatların sayı artmaqdadır, xüsusi tədqiqat müəssisələri yaradılır. Bütün ali məktəblərdə politologiya tədris planına daxil edilmişdir.
Politologiyanın bir elm kimi tarixi təkamülü onun kateqoriyalar sisteminin formalaşması və inkişafı ilə müşayiət olunmuşdur. İlk baxışdan belə görünə bilər ki, bu elmin tədqiqat obyektini əks etdirən anlayışların mahiyyətcə aydınlaşdırıması çox da mürəkkəb iş deyildir. Doğrudan da, hazırda burada istifadə olunan bir çox anlayışlar mənaca çoxlarına aydındır. Bununla belə, digər sosial elimlərdə olduğu kimi, politologiyanın anlayış-kateqoriya aparatının müəyyən edilməsi və onun nizamlanması da metodoloji proseduradır və müəyyən çətinliklərlə bağlıdır. Hazırda politologiyada istifadə olunan anlayışlar sistemi birdən-birə indiki formanı almamışdır. Tarixi inkişafın ayrı-ayrı dövrlərinə uyğun olaraq, siyasi dil özündə bu və ya başqa anlayışları birləşdirmişdir. Müvafiq dövrdə yaşayıb-yaratmış siyasi elm xadimi əgər bir tərəfdən həmin dövrün siyasi gerçəkliyini tədqiq etmişdirsə, digər tərəfdən həmin gerçəkliyi əks etdirən siyasi dil onun tədqiqat obyektinə daxil olmuşdur. Beləliklə, hər bir alim və mütəfəkkir öz fəaliyyəti ilə əslində siyasi dili də inkişaf etdirmiş, dövrün reallığına uyğun olaraq, onu bu və ya başqa bir anlayışla daha da zənginləşdirmişdir. Bu isə öz növbəsində bütövlükdə siyasi elmin səmərəli inkişafı üçün mühüm şərtlərdən biri kimi çıxış etmişdir. Belə ki, məsələn, antik müəlliflərin əsərlərində "polis", "demokratiya" kimi anlayışlar siyasi dildə üstünlük təşkil edirdilərsə, yeni dövrdə bunlara "suverenlik", "liberallıq", "milli dövlət", "mühafizəkarlıq", "radikallıq" və i. a. kimi anlayışlar əlavə olundu. Hazırda polito logi - ya da işlədilən dil, şübhəsiz, tamamilə yeni reallıqlara əsaslanır və əvvəlki dövrlərdə olduğundan fərqlənir. Təbii ki, bütün bunları təkcə dilin öz inkişafı kimi başa düşmək düzgün olmazdı. Digər tərəfdən, hər bir yeni dövrün siyasi reallıqlarını ondan əvvəlki dövrün siyasi dili ilə əhatə etmək və araşdırmaq çətin ki, mümkün olardı. Bilavasitə elmi tədqiqatların inkişafındakı rolundan əlavə, siyasi dillə bağlı daha bir cəhət ondan ibarətdir ki, hər bir tarixi dövrdə yaşayan nəslin siyasi sosiallaşması həmin dövrün siyasi dilini mənimsəməkdən başlanır. Bu mənada, siyasi dil mühüm sosial funksiya yerinə yetirir, o, insanı siyasi həyatda iştirak etmək üçün hazırlayır, onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Politologiya üçün zahirən spesifik olan cəhətlərdən biri ondan ibarətdir ki, onun dili, tutaq ki, öz leksik tərkibinə görə, sanki onun obyektinin, yəni siyasətin öz dili ilə uyğun gəlir. Lakin buradan belə bir nəticəyə gəlmək olmaz ki, guya bir elm kimi politologiya siyasətin davamıdır. Başqa sözlə desək, müəyyən bir siyasi aktı həyata keçirən siyasətçi ilə politoloq-alim tamam başqa-başqa şəxslərdir. Politologiyanın kateqoriyalarının müəyyən edilməsindəki metodoloji çətinliklərdən biri burada işlədilən anlayışların çox zaman çoxmənalı və yaxud eynimənalı olmasıdır. Buna görə də politologiyanın kateqoriyalarının müəyyən edilməsi yalnız o halda mümkündür ki, siyasət və onun terminlərinin bu və ya başqa bir an - la mı qəbul edilmiş olsun. Əks halda bu, çox böyük anlaşıl mazlıq lara gə tirib çıxara bilər. Qeyd edildiyi kimi, politologiyanın tədqiqat obyektinin mürəkkəbliyi burada istifadə olunan kateqoriyaların da rəngarəngliyini şərtləndirir. Politologiyada hər şeydən əvvəl digər sosial elmlərin kateqoriyalarından (hüquq, cəmiyyət, sinif, etnos, qrup və s.) istifadə olunur. Bundan əlavə, ictimai fikir tarixindən gələn bir çox kateqoriyalar (ailə, təbiət, insan və s.) də politoloji tədqiqatlarda geniş tətbiq olunur. Deyilənlərdən əlavə, hər hansı bir başqa elmdə olduğu kimi, politologiyanın bilavasitə tədqiqat predmetini əks etdirən kateqoriyalar sistemi vardır. Bura daxildir: siyasət, siyasi həyat, siyasi sistem, siyasi hakimiyyət, siyasi hərəkat, siyasi münasibətlər, siyasi qrup, siyasi mənafe, siyasi fəaliyyət, siyasi təsisat, siyasi ideologiya, siyasi dəyər, siyasi proses və s. Politologiyanın tədqiqat obyektinin genişliyi və mürəkkəbliyi burada istifadə olunan metodların və tədqiqat üsullarının rəngarəngliyini şərtləndirir. Politologiyada elmlərin istifadə etdikləri bir sıra metodlardan, habelə riyazi metodlardan istifadə edilir. Bunlar aşağıdakılardır:
|
| |